Arsen Yatsenyuk: “Yalnız iki seçimimiz var: pis və daha pis”
Tarix: 26.09.2014 | Saat: 20:47:00 | E-mail | Çapa göndər


“Rusiya qışda təbii qazdan silah kimi istifadə edərək Ukraynanı özünə tabe etdirmək istəyir”.
Bunu Ukrayna baş naziri Arseni Yatsenyuk “Reuters”ə müsahibəsində deyib.
"Onlar bizi dondurmaq istəyir, bu onların məqsədidir. Hərbi əməliyyatlardan və törətdikləri hərbi cinayətlərdən başqa Rusiyanın əlində əlavə bir kart var, bu da enerji ilə bağlıdır. Dövlətin nəzarətində olan “Qazprom” şirkəti borclara görə iyundan Ukraynaya qaz vermir. Onlar düşünürlər ki, ölkə qış aylarında əhalinin “mavi yanacağ”a olan tələbatını ödəyə bilməyəcək. Lakin bizim planımız var, bu çətinlikdən xilas ola bilərik”, -deyə o vurğulayıb.
Şərqi Ukraynaya müvəqqəti muxtariyyətin verilməsi məsələsinə gəldikdə isə A. Yatsenyuk hökumətin bu qərarının Kiyevin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu nümayiş etdirdiyini deyib: "Biz başa düşürük ki, yalnız iki seçimimiz var: pis və daha pis. Buna görə də prezident və hökumət “pis” seçimini etmək qərarına gəlib”.
A. Yatsenyuk danışıqlarda Vladimir Putinə çox da inanmadığını bildirərək, bu səbəbdən Rusiya ilə danışıqlarda Avropa İttifaqı və ABŞ-ın olmasının vacibliyini qeyd edib.
Ukrayna baş naziri həmçinin rəsmi Vaşinqtonun Kiyevə hərbi yardım etməməsindən məyus olduğunu bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info