Bakıya 91 ölkənin naziri gələcək
Tarix: 26.09.2014 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Oktyabrın 28-30-da Bakıda ilk dəfə olaraq gerçəkləşəcək Gənclər siyasəti üzrə I Qlobal Foruma 91 ölkənin naziri gələcək.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Avropa Şurası, UNESCO, BMT-nin İnkişaf Proqramı, BMT-nin Gənclər siyasəti üzrə qurumu və Azərbaycan hökumətinin birgə həyata keçirdiyi foruma bu günə qədər 91 ölkənin nazirinin gəlməsi ilə bağlı razılıq məktubu daxil olub. Layihənin önəmini qeyd edən bir sıra ölkələrin nazirləri Bakıda keçiriləcək Forumun gənclər siyasətində yeni bir xətt, bu sahədə gələcəkdə həyata keçiriləcək böyük layihələrə başlanğıc və təkan olacağını qeyd ediblər.
Səudiyyə Ərəbistanının iqtisadiyyat və planlaşdırma naziri, professor Saleh A. Alnassar Forumun önəmindən danışarkən təəssüflə qeyd edib ki, heç də dünyanın ən inkişaf etmiş ölkələrində belə gənclər siyasəti sahəsi haqda qanunlar qəbul edilib, bu istiqamətdə işlər aparılmır.
Forumun önəmi ilə bağlı fikirlərini bölüşən digər nazir isə Serbiyanın gənclər və idman naziri Vanja Udovicicdir. Nazir Serbiyanın gənclər siyasəti sahəsində digər ölkələr üçün maraqlı təcrübə ola biləcək işlər gördüyünü qeyd edib: “Digər sahələrdə həyata keçirdiyimiz layihələri böyük məmnuniyyətlə digər ölkələrlə də bölüşəcəyik”.
Qeyd edək ki, 28-30 oktyabrda Bakı şəhərində keçiriləcək forumda iştirak edəcək 200 gənc elan əsasında seçilənlərdir ki, bu günə qədər bu yerlər üçün 174 ölkədən 4705 müraciət daxil olub. 200 iştirakçı nazirlər, nazir müavinləri və dövlət nümayəndələridir. Digər 200 iştirakçı isə QHT nümayəndələri olacaq. Forumda 100 ekspertin də iştirakı nəzərdə tutulub. Qeyd edək ki, artıq forumun rəsmiwww.youthpolicy.org saytı da fəaliyyətə başlayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info