“Turizm məhsullarının inkişafı” mövzusunda videokonfrans
Tarix: 26.09.2014 | Saat: 21:36:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunda ATİ və Ural İqtisadiyyat Universiteti arasında “Turizm məhsullarının inkişafı” mövzusunda videokonfrans keçirilib.
Konfransda Ural İqtisadiyyat Universitetinin rektoru professor Mixail Fyodorov, Ural Turizm Assosiasiyasının məsul nümayəndəsi Buqrova Dmitriya, Azərbaycan Turizm İnstitutunun “Marketinq” kafedrasının müdiri Anar Eminov, müəllimlər- Günel Teymurova, Yasəmən Abbasova, “Turizm Biznesi” kafedrasının baş müəllimi Qəhraman Yusifov və DAİR HOTELS and Restaurants Associasions idarə heyətinin üzvü Dinarə Ağaəliyeva iştirak ediblər.
Videokonfransda ATİ təmsilçiləri tərəf müqabillərinin nəzərinə çatdırıblar ki, əgər 12 il əvvəl Azərbaycanda təxminən 94 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərirdisə, hazırda bu rəqəm 4 dəfə artıb. Turizm sahəsində ixtisaslı kadr hazırlığını uğurla həyata keçirmək məqsədi ilə 2006-cı ildə Turizm İnstitutu, 2011-ci ildə ATİ-nin nəzdində Bakı Turizm Peşə məktəbi fəaliyyətə başlayıb. Müxtəlif peşələr üzrə təlim kursları açılıb. Ümumdünya Turizm Təşkilatının, o cümlədən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə müxtəlif təlim proqramları həyata keçirilir. Ural İqtisadiyyat Universiteti təmsilçilərinin diqqətinə çatdırılıb ki, Azərbaycanda hər il keçirilən beynəlxalq turizm sərgisinin başlıca məqsədi ölkə turizm potensialının geniş təbliğinə xidmət edir. Sərgi iştirakçıları yerli adət-ənənələrimizlə tanış olmaqla bərabər, milli mətbəximizin ləziz yeməklərinə də qonaq edilir. Tematik nəşr məhsulları (kitab, buklet, CD və DVD-lər və s.) hazırlanır və yayılır. Müxtəlif televiziya kanalında yeni layihələrə həsr olunan xüsusi reklam çarxlarının nümayişi keçirilir. Görülən kompleks işlər nəticəsində ölkəmizə səfərə gələnlərin sayı ilbəil artır, turizm şirkətləri şəbəkəsi genişlənir. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir.
Geniş diskussiya formatında keçən canlı videokonfransda Rusiya turistlərinin Azərbaycana səfərlərini əngəlləyən bəzi maneələrin aradan qaldırılması, Azərbaycan Turizm İnstitutu və Ural İqtisadiyyat Universiteti arasında müəllim - tələbə mübadiləsinin həyata keçirilməsi, elmi təcrübələrin və praktik üstünlüklərin vaxtaşırı bölüşdürülməsi kimi məsələlər müzakirə predmeti olub.
Azərbaycan və Rusiyanın müvafiq iki ali təhsil ocağı arasında əsası qoyulan əlaqələrin daha işgüzar müstəvidə inkişafı məqsədi ilə ATİ-nin video konfrans iştirakçıları Ural İqtisadiyyat Universitetində görüşə dəvət edilib.

Doğu Akdeniz Universitetinin nümayəndəsi ATİ-nin qonağı olub

ATİ-nin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Doğu Akdeniz Universitetinin akademik işlər üzrə proqram koordinatoru Cahit Ezel Azərbaycan Turizm İnstitutunun qonağı olub. Ümumi tanışlıq çərçivəsində əsasən əməkdaşlıq yolları müzakirə edilib. Doğu Akdeniz Universitetinin akademik işlər üzrə proqram koordinatoru Cahit Ezelin İngiltərənin Varvik Universiteti ilə birgə həyata keçirdikləri magistratura pilləsi üzrə əməkdaşlığa həsr olunan təqdimatı da tələbələr tərəfindən maraqla qarşılanıb. Qonaqla görüşdə ATİ-nin Tədris işləri üzrə prorektoru Eldar Aslanov, Marketinq kafedrasının müdiri Anar Eminov, Beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Vüsalə Qəhrəmanlı iştirak ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info