“La Stampa”: “İtaliya Rusiya ilə stabil münasibətlərin qurulmasına çalışır”
Tarix: 26.09.2014 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


“İtaliya sahibkarları antirusiya sanksiyalarına qarşı çıxış edirlər”

İtaliyanın “La Stampa” qəzeti yazır ki, İtaliya sahibkarları antirusiya sanksiyalarına qarşı çıxış edirlər: “Çünki bu sanksiya bumeranq kimi çoxlu milli şirkətlərimizə təsir edir”. Qeyd edilir ki, Rusiyaya qarşı Brüssel və Vaşinqton tərəfindən tətbiq edilən sanksiyalar İtaliyta sahibkarlarına ağrılı zərbə vurub: “Təsadüfi deyil ki, baş nazir Matteo Rençi amerikan telekanalı “Bloomberg TV”yə müsahibəsində belə bir arzusunu ifadə edib ki, Rusiyaya qarşı sanksiyalar mümkün qədər tez təxirə salınsa, yaxşıdır. Təsadüfi deyil ki, İtaliyada biznes, maliyyə, akademik dairələrin və dövlət strukturlarının nümayəndələri Romadakı rus səfiri Sergey Razovun qatıldığı tədbirdə iştirak ediblər. Onlar bu tədbirdə açıq şəkildə bildiriblər: “Biz dedik ki, sanksiyalar onu qəbul edənlər üçün bumeranq olacaq, amma bizi dinləmək istəmədilər. Bu gün Rusiya digər industrial və ticarət tərəfdaşları ilə, əsasən, Çinlə texnoloji sektorda danışıqlar aparır. Belə olduğu halda, Qərb bazarda kvotalarını itirmək riskinə gedir”.
Səfir Razov Turin forumunda iştirak dəvətini, son 40 ildə italyan biznesinin Rusiyadakı ən avtoritet elçisi Antonio Fallikodan alıb. Onun fikrincə, “dialoqu yeniləmək üçün birinci iqtisadiyyatdan başlamaq lazımdır”. Başqa sözlə, burada sanksiyalar maneəsini aradan qaldırmaq düşünülür”.
Qəzet daha sonra yazır: “Burada söhbət ondan gedir ki, siyasi mənada rusmeyilli əhval-ruhiyyədə olmaq üçün onsuz da ağır vəziyyətdə olan İtaliya sahibkarlarını daha da çətinə salan sanksiya tədbirlərinin effektlərini real qiymətləndirmək lazımdır. Falliko gizlətmir ki, o, sanksiyalardan narazıdır: “İtaliya Rusiya ilə stabil münasibətlərin qurulmasına çalışan Avropa ölkələri sırasındadır “.

İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Zelenski dönəmində Ukrayna: NATO üzvlüyü ilə bağlı referendum keçiriləcək
21.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu başlayıb
21.04.2019
“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılışı
20.04.2019
Ukraynada prezident seçkilərinin ikinci turu ilə bağlı sükut günüdür
18.04.2019
Ermənistanda 24 yaşlı əsgər özünü güllələyib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info