Putin Həştərxan sammitində Azərbaycan və İran prezidentləri ilə görüşəcək
Tarix: 26.09.2014 | Saat: 21:41:00 | E-mail | Çapa göndər


Rusiya Prezidenti Vladimir Putin Həştərxanda keçiriləcək Xəzəryanı dövlət başçılarının 4-cü Zirvə toplantısı çərçivəsində Azərbaycan, Türkmənistan və İran liderləri ilə ikitərəfli görüşlər keçirəcək. “RİA Novosti”nin verdiyi məlumata görə, bu barədə dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevlə də görüş nəzərdə tutulub.
Prezident köməkçisi xatırladıb ki, RF və Azərbaycan liderləri bu yaxınlarda Soçidə görüşüblər: "Burada ikitərəfli və Ermənistan dövlət başçısının iştirakı ilə Dağlıq Qarabağ böhranının müzakirə olunduğu üçtərəfli görüşlər keçirilib".
Y.Uşakov qeyd edib ki, İlham Əliyevlə görüş vacibdir: "Bizim əlaqələrimiz nəzərəçarpacaq dərəcədə fəallaşıb. Bu yaxınlarda, lap bu günlərdə Bakıda hökumətlərarası komissiyanın iclası keçirilib”.
Həştərxanda keçiriləcək Zirvə toplantısı çərçivəsində İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüş barədə danışan Y.Uşakov xatırladıb ki, liderlər bu yaxınlarda Düşənbədə Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə görüşü çərçivəsində də görüşüblər: "Hazırda ticarət-iqtisadi əlaqələrin möhkəmləndirilməsi məsələlərinin müzakirəsi nəzərdə tutulur. Bu günlərdə hökumətlərarası komissiyanın iclası keçiriləcək, dinc nüvə sahəsində kooperasiya, Moskva və Tehran üçün maraq kəsb edən bəzi beynəlxalq mövzular, o cümlədən Əfqanıstan, Suriya, İraqla bağlı vəziyyət müzakirə olunacaq”.
Görüş çərçivəsində tərəflərin İrana Rusiya neft-qaz və enerji avadanlıqlarının ixracı məsələlərini müzakirə edəcəyi ehtimal olunur. Kremldə əməkdaşlığın bu istiqamətini perspektivli adlandırırlar.
Y.Uşakovun sözlərinə görə, Həştərxanda Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla da görüş keçiriləcək: "Tərəflər Berdiməhəmmədovun əlverişli səfər müddətinin müzakirə edilməsində də maraqlıdırlar. Dəvət artıq var".
Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
İran Fars körfəzi dövlətləri ilə hücum etməmək haqqında müqavilə imzalamağa hazırdır
26.05.2019
Viqen Akopyan: “Paşinyan komandasında təsir rıçaqını əldə etmək üçün mübarizə gedir”
25.05.2019
Türkiyənin təhlükəsizlik qüvvələri PKK-nın Qara dəniz düşərgəsini ələ keçiriblər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10790

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info