“Azərreyl”dən növbəti transfer
Tarix: 27.09.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Yeni mövsümdə “Çelenc Cup”da oynayacaq “Azərreyl” növbəti transferini rəsmiləşdirib. Komandamız Bolqarıstan millisinin blokçusu Nasya Dimitrovanı rənglərinə bağlayıb.
Hazırda yığmasının heyətində İtaliyada Dünya Çempionatında oynayan 22 yaşlı voleybolçu ilə 1 illik razılıq əldə olunub. Vətənində ən perspektivli oyunçulardan sayılan, Avropa Liqasında adından söz etdirməyi bacaran 190 sm boya malik Dimitrova Sofiya “Levski”sindən transfer edilib. O, bu klubla son mövsümdə ölkə çempionluğunu və kubokunu da başı üzərinə qaldırıb.
2008-ci ildən Bolqarıstan gənclər millisinə dəvət alan Nasya 3 il sonra əsas komandaya dəvət olunub və həmin vaxtdan yığmasının formasını geyinir. Qeyd edək ki, Bakı klubu Dimitrovadan öncə Aynur Kərimova, Şəfaqət Həbibova, Yuliya Stenkina, İrina Makarenko, Oksana Kovalçuk və Olqa Savençukla müqavilə bağlayıb.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir
15.11.2018
Bakıda Ümumdünya Antidopinq Agentliyinin iclası keçirilir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info