Uşaqlar tibbi müayinədən keçirilir
Tarix: 27.09.2014 | Saat: 01:14:00 | E-mail | Çapa göndər


Prezidentin müvafiq sərəncamına əsasən, ölkə ərazisində 18 yaşadək uşaqlar tibbi müayinədən keçirilir. Ölkəmizin hər yerində olduğu kimi, Lənkəranda da bu aksiya mütəşəkkil qaydada davam edir. Lənkəran Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Taleh Məmmədli bildirib ki, rayonda 18 yaşadək 48 min uşaq vardır. Onların 5 mini dispanser qeydiyyatındadır.
Tibbi aksiya əsasən ümumtəhsil məktəblərində və uşaq bağçalarında həyata keçirilir. Dünən Lənkəran şəhərində 1200, qəsəbə və kəndlərdə isə 3100 nəfər uşaq tibbi müayinələrdən keçirilib.
Müayinələr zamanı 300 nəfər uşaqda müxtəlif xəstəliklər aşkarlanıb. Həmin xəstələr Lənkəran Şəhər Uşaq Poliklinikasında müalicə olunurlar. Tibbi müayinə ilə əlaqədar valideynlərin və uşaqların fikirlərini öyrəndik. Xolmili kənd sakini Sevinc Zeynalova deyib: “Oğlum Həsən Xolmili kənd tam orta məktəbinin üçüncü sinfində oxuyur. O, anadangəlmə ürək qüsurludur. Tibbi müayinədən sonra şəhər uşaq poliklinikasında oğlumun müalicəsi aparılır. Burada yaradılmış şərait hamımızın ürəyincədir. Bu xeyirxah aksiyanın keçirilməsinə görə ilk növbədə Prezidentə minnətdarlığımızı bildiririk”. Xanbulan kənd sakini Fuad Həsənov, Lənkəran şəhərindəki 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin VII sinif şagirdi Sahib Rüstəmov və başqaları da aksiyanın təşkilindən razılıqlarını ifadə ediblər. Uşaqların tibbi müayinədən keçirilməsi aksiyası dekabrın sonunadək davam edəcək.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info