“Münaqişələri həll etmədən Avropada sülh olmayacaq”
Tarix: 27.09.2014 | Saat: 01:16:00 | E-mail | Çapa göndər


“Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinə hələ də yetərincə diqqət vermir. Hələ də bir çox faktlar barədə fikir bildirilmir. Hansısa ictimai-siyasi qiymət var, lakin hüquqi qiymət yoxdur. Mən öz çıxışlarımda Qarabağ müharibəsi zamanı cinayətkarların beynəlxalq cinayət məsuliyyətinə hələ də cəlb edilmədiyini dəfələrlə qeyd etmişəm. Beynəlxalq aləm bu münaqişələrə hüquqi qiymət verməsə, müsbət heç nə gözləmək olmaz”.
Bunu Tiflisdə “Şərq tərəfdaşlığı ölkələrində işğal olunmuş ərazilərin hüquqi fəsadları" adlı beynəlxalq konfransda iştirak edən Moldova parlamentinin ombudsmanı Aureliya Qriqoriu bildirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ, eləcə də Dnestryanı münaqişə barədə cəmiyyət əsl həqiqətləri bilmir: "Qarabağda, Dnestryanı bölgədə, indi də Ukraynada baş verən hadisələrə vaxtında qiymət verilməməsi ucbatından münaqişələr uzanır. Təbii ki, münaqişəyə hüquqi qiymət vermək çox çətindir, çünki Qarabağ müharibəsi zamanı cinayətkarlar cəzasız qalıb. Avropa bu münaqişələrə diqqətlə yanaşmalı və münaqişələrin həllini tapmağa kömək etməlidir. Bu məsələləri həll etmədən Avropada sülh olmayacaq və Avropa elə etməlidir ki, sülh yolu ilə bu münaqişələrdən azad olsun". Moldova ombudsmanı Azərbaycanı çox sevdiyini də bildirib: “Azərbaycan mənim qəlbimdir. Mən bu ölkəni və Azərbaycan xalqını çox sevirəm”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info