“Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində rəsm müsabiqəsi qaliblərinin sərgisi açılıb
Tarix: 27.09.2014 | Saat: 12:07:00 | E-mail | Çapa göndər


Sentyabrın 26-da Bakı Xətai Sənət Mərkəzində "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB), Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Dövlət Rəsm Qalereyasının texniki dəstəyi ilə “Mən fəxr edirəm ki, azərbaycanlıyam” layihəsi çərçivəsində yeniyetmə və gənclər arasında rəsm müsabiqəsi qaliblərinin sərgisi açılıb. Tədbirdə çıxış edən TUMİB-in sədri Çingiz Bayramov rəsm müsabiqəsinin qaliblərini təbrik edib və layihə haqqında məlumat verib. Bildirilib ki, müsabiqəyə Qazax, Ağstafa, Şəki, Quba, Lənkaran, Masallı və digər rayonlardan olan gənclərin 200-dən çox əsəri təqdim olunub. Bu əsərlərdən 50-yə yaxın yeniyetmə və gəncin rəsmləri qənaətbəxş sayılıb. Müsabiqədə iki nominasiya üzrə 14-18 yaş arası yeniyetmələr və 18-29 yaş arası gənclər mükafatlandırılıb.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun məsul işçisi Rahu Qurbanova, Dövlət Rəsm Qalereyasının direktoru Elnur Hüseynov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun işçisi Kənan Əliyev, Türk Dünyası Araşdırmaları Vəqfinin rəhbəri Közhan Yazgan, Nazirlər Kabinetinin əməkdaşı Rövşən Məmmədov, Gəncliyə Yatdım Fondunun vitse-prezidenti Salman Əliyev və digər çıxış edənlər yeniyetmə və gənclərin bilik və bacarıqlarının üzə çıxarılması və istedadlarının inkişaf etdirilməsi baxımından tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Daha sonra müsabiqə iştirakçıları diplomlarla təltif olunublar.

Təhminə




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info