“V1 Challenge Azerbaijan“ yarışını izləmək istəyənlərin nəzərinə
Tarix: 29.09.2014 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Bakıda keçiriləcək "V1 Challenge Azerbaijan" yarışını izləmək istəyənlər Heydər Əliyev Mərkəzinin kassasına müraciət edə bilərlər. Bu barədə Azərbaycan Avtomobil Federasiyasından bildirilib.
Federasiyadan deyilib ki, oktyabrın 11-də Bakı Kristal Zalında Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə keçiriləcək "V1 Challenge Azerbaijan" yarışına giriş dəvətnamə ilə olacaq.
Dəvətnamələr şəxsiyyət vəsiqəsi təqdim edilməklə verilir. Yarışda tamaşaçı kimi iştirak etmək istəyənlər Heydər Əliyev Mərkəzinin kassasına müraciət edə bilərlər.
Qeyd edək ki, yarışda Azərbaycan və digər ölkələrdən 10-dan artıq pilot iştirak edəcək.
Tamaşaçılar şouda peşəkar pilotların birincilik uğrunda mübarizəsi ilə yanaşı, maraqlı tryuklarla dolu anların da şahidi olacaqlar.
Şoudan əvvəl isə Azərbaycanın tanınmış siyasət və mədəniyyət xadimlərinin də iştirakı ilə Bakı şəhərində yarış avtomobillərinin yürüşü keçiriləcək.
Xatırladaq ki, "V1 Challenge Azerbaijan" yarışının təqdimatına hazırlıq məqsədilə avqust ayının sonlarında təlimlər təşkil edilib. Təlimlərdə yarışa qatılacaq pilot və hakimlərə nəzəri-praktik məşqlər keçirilib.
Məşhur “Voca People” qrupu da “V1 Challenge Azerbaijan” yarışının təqdimat şousunda səhnəyə çıxacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
UEFA Çempionlar Liqası: “İnter” və “Barselona“ qələbə qazanıblar
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info