Göyçay kitabxanalarında kitabların sayı 339 min 900 nüsxəyə çatdırılıb
Tarix: 29.09.2014 | Saat: 16:51:00 | E-mail | Çapa göndər


Göyçay rayonunda fəaliyyət göstərən kitabxanaların yeni ədəbiyyatla zənginləşdirilməsinə xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamına əsasən, bu il rayonun kitabxanalarına 1400 nüsxə yeni kitab hədiyyə edilib. Son 5 ildə isə rayon kitabxanalarına 20 min 680 nüsxə kitab gətirilib. Bundan əlavə, 2014-cü ildə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasından 200 nüsxə kitab Göyçay Rayon Mərkəzi Kitabxanasına verilib. Ötən il isə milli kitabxanadan 214 nüsxə, kitabxana kollektorundan isə 1200 nüsxə kitab rayona gətirilib.
Bu gün Göyçayın kitabxanalarında ümumilikdə 339 min 900 nüsxə kitab mövcuddur. Rayonun kitabxanalarında oxucular üçün lazımi şərait yaradılıb. Mərkəzi kitabxanada aparılan əsaslı təmir işləri başa çatdırılıb. Bu il 5 kəndin kitabxanasında cari təmir işləri aparılıb. Dövlət rəhbəri İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” Göyçay rayonunda da uğurla icra olunur.
Göyçayda mərkəzi kitabxana sistemi və internetlə təmin olunan avtomatlaşdırılmış kitabxana-informasiya sistemi yaradılıb.
Həmçinin 8 ədəd yeni kompüter alınaraq mərkəzi kitabxanaya gətirilib. Rayonda mərkəzi kitabxana sisteminin yeni veb-saytı yaradılıb. Hazırda mərkəzi rayon kitabxanası 35 min 200 oxucuya xidmət göstərir.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Yaxın zamanlarda dərman vasitələrinin ölkəmizə gətirilməsi qaydaları sadələşdiriləcək
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info