Hesablama Palatası Nazirlər Kabinetinə müraciət edib
Tarix: 29.09.2014 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Hesablama Palatası ştatdankənar işçilərlə bağlı problemin həlli üçün Nazirlər Kabinetinə müraciət edib.
Hesablama Palatasının Nazirlər Kabinetinə müraciətində qeyd edilib ki, mövcud olan iqtisadi terminlər üzrə ədəbiyyatların əksəriyyətində “ştatdankənar işçi”yə “müəssisə və təşkilatın ştat siyahısına daxil edilməyən və ştat işçilərinin vəzifə və funksiyalarına aid olmayan birdəfəlik işlərin görülməsi üçün müvəqqəti cəlb olunmuş şəxs” kimi anlayış verilib.
Lakin bu terminin birmənalı hüquqi təfsiri olmadığından qanunvericilikdə ştatdankənar işçilərlə bağlı münasibətlər tənzimlənməyib. Hesablama Palatasının nəzarət tədbirlərinin nəticələri göstərir ki, “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafı üzrə nəzərdə tutulan vəsaitlər hesabına bəzi büdcə təşkilatlarında inzibati vəzifələrə uyğun statusla işçilərin işə cəlb edilməsi və inzibati vəzifənin maddi təminatlarının onlara da şamil edilməsi və ya onlarla xərcin iqtisadi mahiyyətinə uyğun gəlməyən müqavilələrin bağlanılması və s. kimi hallara yol verilir. Eyni zamanda bəzi mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən birbaşa Əsasnamə ilə müəyyən edilmiş funksiyaların icrasına “ştatdankənar işçilər” cəlb edilərək həmin şəxslərlə əmək müqavilələri bağlanılır və “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafından onların xərci maliyyələşdirilir. Bunlarla yanaşı, bəzi büdcə təşkilatlarında ayrı-ayrı fiziki şəxslərlə müxtəlif xidmətləri yerinə yetirmək üçün mülki-hüquqi müqavilələr bağlanılmalı olduğu halda, bunun əvəzinə ştatdankənar işçi ilə qısa müddətli əmək müqaviləsi bağlanaraq “Ştatdankənar işçilərin əmək haqqı” paraqrafından həmin şəxslərə vəsaitlərin ödənilməsi hallarına da yol verilir.
Hesablama Palatası ştatdankənar işçinin dəqiq hüquqi təfsirinin verilməsini, onunla bağlana bilən müqavilələrin növlərinin və müqavilələrdə tərəflərin icbari öhdəliklərinin müəyyən edilməsini, habelə bu sahədə əmək münasibətlərinin tənzimlənməsi ilə əlaqədar digər məsələlərin həlli üçün əmək qanunvericiliyini tənzimləyən normativ aktlarda müvafiq müddəaların əks etdirilməsini məqsədəmüvafiq hesab edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info