Binəqədi rayonunda müasir məscid kompleksi inşa olunur
Tarix: 29.09.2014 | Saat: 17:07:00 | E-mail | Çapa göndər


Paytaxtın Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisində yeni məscid kompleksi tikilir.
Rayon icra hakimiyyətindən bildiriblər ki, məscid Prezident İlham Əliyevin “Bakı şəhərində yeni məscid kompleksinin tikintisi ilə bağlı tədbirlər haqqında” 2012-ci il 18 avqust tarixli Sərəncamı ilə inşa olunur. Tikintisinə 2012-ci ildə başlanan məscid dörd hektar ərazini əhatə edir. Məscid kompleksi eyni vaxtda 2 mindən artıq insana xidmət edəcək. Layihədə ibadət evinin həyətində avtomobillər üçün dayanacaqlar da nəzərdə tutulub.
Hazırda məsciddə minarələr inşa edilir. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72 metr, baş günbəzin hündürlüyü 55 metr, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq.
Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan salon isə təqribən 350 kvadratmetr nəzərdə tutulub.
Hazırda məscid üçün kanalizasiya, işıq və digər kommunal xətlər çəkilir.
Məscidin ətrafında olan zeytun ağaclarından ibarət bağın ərazisində müasir standartlara uyğun park salınacaq.

Fuad




 
Bölməyə aid digər xəbərlər
19.04.2019
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19.04.2019
Qış havası olacaq: şimşək çaxacaq, yağış yağacaq, qar yağacaq...
19.04.2019
Hacıqabulda avtobus istehsalı zavodunun təməli qoyuldu
19.04.2019
İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19.04.2019
SOCAR ilə BP “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə investisiya qərarı imzalayıblar

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10751

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Bakıda Üçlük ölkələrin birgə ticarət sərgisi keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info