Oktyabrın ilk günlərinə olan hava proqnozu
Tarix: 29.09.2014 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


Azərbaycanda oktyabr ayının ilk günlərində də hava qeyri-sabit, yağıntılı keçəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib ki, oktyabrın birinci ongünlüyünün ayrı-ayrı günlərində, xüsusən də birinci yarısında ölkə ərazisində daha çox buludlu, tutqun hava şəraiti üstünlük təşkil edəcək, fasilələrlə yağış yağacaq.
U.Tağıyeva deyib ki, Azərbaycanda hava şəraitinin bu gündən dəyişiləcəyi ilə bağlı edilən xəbərdarlıq öz qüvvəsindədir.
Onun sözlərinə görə, sentyabrın son günlərində hava şəraitinin qeyri-sabit keçəcəyi, sentyabrın 29-u günün birinci yarısından başlayaraq hava şəraitinin dəyişiləcəyi, günün ikinci yarısından başlayaraq, havanın temperaturunun kəskin - 8-10 dərəcə enəcəyi gözlənilir. Sentyabrın 29-da gün ərzində, sentyabrın 30-da gecə və səhər şimal-qərb küləyinin sürətinin saniyədə 18-23, arabir 30 metrədək şiddətlənəcəyi proqnozlaşdırılır.
Sentyabrın 29-da Bakıda və Abşeron yarıamadasında havanın temperaturunun anomal gedişi gözlənilir. Axşam Bakıda və Abşeron yarımadasında 17 dərəcə istinin olacağı gözlənilir. Sentyabrın 30-da gecə və səhər güclü külək əsəcək, gündüz isə nisbətən mülayimləşəcək. Havanın temperaturunun gündüz 16-18 dərəcə isti olacağı proqnozlaşdırılır. Oktyabrın 1-də isə hava əsasən, yağmursuz keçəcək, cənub küləyi əsəcək, axşam az yağış yağma ehtimalı var. Havanın temperaturu da əvvəlki günlərlə müqayisədə 2-3 dərəcə yüksələcək.
U.Tağıyeva bildirib ki, artıq Azərbaycanın rayonlarında havanın kəskin dəyişməsi ilə müşayiət olunan proses başlayıb. Qərb rayonlarında yağıntılar qeydə alınır, bir sıra rayonlarda külək güclənir. Yaxın saatlarda Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info