Səhiyyə Nazirliyi rezidentləri xaricə göndərir
Tarix: 29.09.2014 | Saat: 18:38:00 | E-mail | Çapa göndər


Səhiyyə Nazirliyi tərəfindən rezidentlər üçün müxtəlif ixtisaslar üzrə xarici ölkələrdə 1-3 aylıq rotasiya tsiklləri təşkil olunur. Məqsəd nazirliyin tabeliyində olan tibb müəssisələrində rezidenturadakı təhsilin səviyyəsini təkmilləşdirməkdir.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tsikllərdə rezidentura təhsilinin cari ilini tamamlayaraq dövri attestasiyadan müvəffəqiyyətlə keçmiş və səlis xarici dil biliyi olan həkim-rezidentlərin iştirakı nəzərdə tutulub.
Bunun üçün rezidentlər ərizə, kadrların şəxsi uçot vərəqəsi, rezidenturanın keçirildiyi tibb müəssisəsindən xasiyyətnamə, tələb olunan tədris dili (alman dili üzrə B2-C1, DSH2 səviyyəsi və ya ingilis dili TOEFL və s., türk dili tibbi terminologiya ilə) imtahanının və digər imtahanların verilməsi üzrə müəyyən olunmuş rəsmi sertifikatın notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda), ali təhsil haqqında diplomun surəti, 3,5x4,5 sm ölçüdə 2 ədəd rəngli fotoşəkil, şəxsiyyət vəsiqəsinin surəti, xarici pasportun surəti, əmək kitabçasının notariat qaydada təsdiq edilmiş surəti (mövcud olduğu halda) kimi sənədləri təqdim etməlidirlər. Sənədlərin qəbulu oktyabrın 1-dən başlayaraq 20 iş günü müddətində saat 10.00-dan 12.00-dək Səhiyyə Nazirliyində aparılır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info