Qaçqın statusu almaq üçün müraciət edənlərin sayı 2014-cü ilin birinci yarısında artıb
Tarix: 29.09.2014 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


2014-cü ildə sığınacaq müraciətləri ilə bağlı tendensiyalara dair BMTQAK-ın yarım illik hesabatı açıqlayıb. Hesabata görə, inkişaf etmiş sənaye ölkələrində qaçqın statusu almaq üçün müraciət edən insanların sayı 2014-cü ilin birinci yarısında artıb ki, bunun da səbəbi Suriya və İraqdakı müharibələr, habelə Əfqanıstan, Eritreya və digər yerlərdəki münaqişələr və qeyri-sabit vəziyyətdir. Bu dövrdə bu ölkələrdə sığınacaq üçün 330.700 nəfər müraciət edib ki, bu da ötən ilə nisbətən 24%-lik artım deməkdir. Tarixi göstəricilərə əsasən hər ilin ikinci yarısında sığınacaq axtaranların sayının daha da artdığını nəzərə alsaq, 2014-cü ildə sığınacaq üçün 700.000-dək müraciətin olacağını gözləmək olar ki, bu da inkişaf etmiş sənaye ölkələrində bütövlükdə 20 il ərzində ən yüksək rəqəmdir və 1990-cı illərdə keçmiş Yuqoslaviyadakı münaqişədən bəri görünməmiş səviyyədir.
Müraciətlərin üçdə ikisindən çoxu təkcə altı ölkəyə – Almaniya, ABŞ, Fransa, İsveç, Türkiyə və İtaliyaya təqdim edilib. Sığınacaq axtaran insanların əsas mənşə ölkəsi Suriyadır, onların sayı iki dəfədən çox artıb (48.400 müraciət). Bu il yüz minlərlə insanın yenicə köçkün düşdüyü İraqdan olan sığınacaq axtaranlardan 21.300 müraciət daxil olub, onun ardınca Əfqanıstan (19.300) və Eritreya (18.900) gəlir. Avropada və Avropa İttifaqında (Aİ) tendensiyalara gəldikdə isə
Avropanın 38 ölkəsində sığınacaq üçün 264 min müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 24%-lik artım, 2013-cü ilin ikinci yarımilliyi ilə müqayisədə isə 2%-lik azalma deməkdir. İnkişaf etmiş sənaye ölkələrində sığınacaq üçün təqdim edilmiş bütün müraciətlərin 80%-i Avropanın payına düşür. Aİ üzvü olan 28 ölkədə sığınacaq üçün 216.300 müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə 23%-lik artım deməkdir.
Aİ-də sığınacaq üçün ən çox müraciətlər almış beş ölkə: Almaniya (65.700), Fransa (29.000), İsveç (28.500), İtaliya (24.500) və Birləşmiş Krallıq (14.300).
Aİ-də sığınacaq üçün müraciət edənlər ən çox bu ölkələrin vətəndaşlarıdır: Suriya (39.220), Eritreya (13.894), Əfqanıstan (13.565) və Pakistan (9.637).
Yarımillik ərzində sığınacaq üçün təqdim edilmiş müraciətlərin sayında ən çox artım, məlumatlara görə, Cənubi Avropa ölkələrində baş verib. Bu ölkələr 2014-cü ilin birinci yarısında sığınacaq üçün 60.800 müraciət qəbul ediblər ki, bu da 2013-cü ilin birinci altı ayı ilə müqayisədə (35.200 müraciət) 73%-lik artım deməkdir. Bu artım əsasən İtaliya və Türkiyədə beynəlxalq müdafiə üçün müraciət etmiş şəxslərin sayındakı artımla əlaqədardır. Mərkəzi Avropa Avropanın yeganə regionudur ki, burada sığınacaq üçün müraciətlərdə azalma baş verib.
Avropada sığınacaq üçün ən çox müraciət almış ölkələrə gəldikdə isə Almaniya inkişaf etmiş 44 sənaye ölkəsi arasında 1-ci yerdədir, burada 2014-cü ilin birinci yarısında sığınacaq üçün 65.700 yeni müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin eyni dövründə qeydə alınmış 43.300 müraciətlə müqayisədə (52%-lik) artım deməkdir. Fransa inkişaf etmiş 44 sənaye ölkəsi arasında 3-cü (Aİ-də 2-ci) yerdədir, burada sığınacaq üçün 29.000 yeni müraciət təqdim edilib ki, bu da 2013-cü ilin eyni dövrü ilə müqayisədə (30.300) 4%-lik azalma deməkdir. Bu azalma qismən onunla əlaqədardır ki, Serbiya [və Kosovo: S/RES/1244 (1999)], Rusiya və Albaniyadan olanların sığınacaq üçün müraciətlərinin sayı azalıb. Suriyadan olanların müraciətlərinin sayı iki dəfədən çox artıb . İsveç inkişaf etmiş 44 sənaye ölkəsi arasında 4-cü (Aİ-də 3-cü) yerdədir, burada sığınacaq üçün 28.500 yeni müraciət təqdim edilib ki, bu da 2013-cü ilin birinci yarımilliyi ilə müqayisədə 51%-lik artım, 2013-cü ilin ikinci yarısı ilə müqayisədə isə 19%-lik azalma deməkdir. Türkiyə inkişaf etmiş 44 sənaye ölkəsi arasında sığınacaq üçün ən çox müraciət qəbul etmiş 5-ci ölkədir, burada 2014-cü ilin birinci yarısında sığınacaq üçün 27.700 yeni müraciət qeydə alınıb ki, bu da 2013-cü ilin birinci yarısı (17.400 müraciət) ilə müqayisədə 59%-lik artım deməkdir və qeydə alınmış ən yüksək yarımillik rəqəmdir. Bu artım əsasən İraqdan olan sığınacaq axtaranların sayı ilə əlaqədardır, belə ki, onların sayı təxminən ikiqat artıb –2013-cü ilin birinci yarısındakı 8.000-dən bir il sonra 15.700-ə çatıb. İtaliya Aİ ölkələri arasında 4-cü yerdədir, 2014-cü ilin birinci yarısında sığınacaq üçün müraciətlər artmaqda davam edərək 24.500 müraciətə çatıb ki, bu da təxminən bütövlükdə ötən il ərzində təqdim edilmiş müraciətlərin ümumi sayına (25.700) bərabərdir. İtaliyanın ardınca Birləşmiş Krallıq (14.300 müraciət), Niderland (12.300), İsveçrə (9.500) və Avstriya (8.400) gəlir.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info