Pedaqoji təcrübəyə həsr olunmuş konfrans
Tarix: 29.09.2014 | Saat: 19:15:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində 2014-2015-ci tədris ilinin birinci semestrinə aid pedaqoji təcrübənin başlanğıc konfransı keçirildi. Universitet kollektivinin, təhsil nazirliyinin əməkdaşlarının, təcrübəçi tələbələrin birgə iştirak etdiyi konfransı universitetin tədris işləri üzrə prorektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Surə Seyid giriş sözü ilə açaraq pedaqoji təcrübənin təşkilinə aid müasir tələblərlə bağlı geniş məruzə etdi. Məruzədə pedaqoji təcrübənin hər bir tələbənin gələcəyin yüksək intellektli müəllimi, mütəxəssisi kimi formalaşmasındakı rolundan, ali təhsil müddətində qazanılan nəzəri bilikləri təcrübədə möhkəmləndirmək, peşə vərdişlərinə yiyələnmək baxımından əhəmiyyətindən bəhs olundu. Qeyd olundu ki, 2014 -2015-ci tədris ilində Naxçıvan Dövlət Universitetinin 272 tələbəsi muxtar respublikanın 17 tam orta məktəbində pedaqoji təcrübə keçəcək. Tələbələr, Naxçıvan şəhər tam orta məktəbləri ilə yanaşı, Xanım qızlar məktəbində, Babək rayonunun Şəkərabad, Şıxmahmud və Kərimbəyli kənd tam orta məktəblərində də təcrübədə olacaqlar. Surə Seyid pedaqoji təcrübə zamanı dərslərin informasiya-kommunikasiya texnologiyaları vasitəsilə keçirilməsinin, tərbiyəvi tədbirlərin təşkilinin əhəmiyyətindən, təcrübəçi tələbələrin, metodistlərin, məktəb müdiriyyətinin üzərinə düşən vəzifələrdən danışdı, sənədləşmə işləri barədə geniş məlumat verdi. Naxçıvan Şəhər Təhsil şöbəsinin müdiri Hüseyn Məmmədyarov çıxışında muxtar respublikada orta təhsilin inkişaf səviyyəsindən, bu sahəyə göstərilən dövlət qayğısından danışdı, ali və orta ixtisas təhsili müəssisələrinin birgə fəaliyyətlərinin tədrisin və təhsilin yüksək səviyyədə qurulmasında mühüm rol oynadığını bildirdi. Pedaqoji təcrübə müddətində tələbələrin muxtar respublikanın tam orta məktəblərində pedaqoji prosesi əyani şəkildə öyrənmələri, bilik və peşə vərdişlərini yaxşı mənimsəmələri üçün hər cür şərait yaradılıb. Konfransda Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin dekanı Qurban Qurbanlı “Pedaqoji təcrübə dövründə qarşıda duran vəzifələr”, Azərbaycan dilçiliyi kafedrasının dosenti, metodist Arifə Zeynalova “Metodistlərin təcrübə dövründə yerinə yetirəcəyi işlər haqqında məlumat”, Pedaqogika və psixologiya kafedrasının baş müəllimi Solmaz Bayramova “Təcrübə dövründə pedaqogika və psixologiya üzrə görüləcək işlər” mövzusunda məruzələr etdilər. Konfrans iştirakçılarına pedaqoji təcrübənin sonunda təhvil veriləcək sənədlər, qiymətləndirmə meyarı, açıq dərslərin təşkili barədə məlumat verildi. Konfransın sonunda Universitet Televiziyasının hazırladığı, ötən tədris ilindəki pedaqoji təcrübəni əks etdirən sənədli film izlənildi.

Mehriban SULTAN
NDU-nun Mətbuat şöbəsinin müdiri





 
Bölməyə aid digər xəbərlər
22.11.2018
Yeni Günəşli istiqamətində körpüyə giriş məhdudlaşdırılacaq
22.11.2018
“Sakinlər qaz təhlükəsizlik qaydalarına riayət etməsi barədə daimi maarifləndirilməlidir”
22.11.2018
Ölkəyə qanunsuz spirtli içkilər və narkotik gətirilməsinin qarşısı alınıb
21.11.2018
“Bakcell” “ASAN Məktub”dan təşəkkürnamə alıb
21.11.2018
Türkcə “Vikipediya”da Azərbaycanla bağlı məqalələrin yaradılması prosesi sürətlənir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Şair Sərraf Şiruyənin yaradıcılığı haqqında...
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info