Göygöl 8 saylı internat evində yaradılmış şəraitə baxış keçirilib
Tarix: 29.09.2014 | Saat: 19:51:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Göygöl rayonunun Qırıqlı kəndində yerləşən 8 saylı ruhi-əsəb təmayüllü internat evinin ətrafında salınmış yeni parkın açılışı olub, habelə internat evində sakinlər üçün yaradılmış şəraitə baxış keçirilib. Tədbirdə çıxış edən nazirliyin aparatının rəhbəri Əjdər Cəbiyev bildirib ki, hazırda bu sosial xidmət müəssisəsində 18 yaşdan yuxarı olmaqla 140 nəfər tam dövlət müəssisələrinin təminatının gücləndirilməsi istiqamətində aparılan işlər bu internat evindən də yan keçməyib. İnternat evində yaşayanların yaşayış şəraiti, həmçinin qida, geyim və tibbi xidmətlə təminatı xeyli yaxşılaşdırılıb. Bu sahədə aparılan işlərdən biri kimi, müəssisənin ətrafındakı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılaraq, internat evinin sakinləri üçün park yaradılıb. Parkda müxtəlif bəzək kolları əkilib, istirahət köşkləri, fəvvarə və süni şəlalə, kiçik körpülər, əyləncə qurğuları və s. quraşdırılıb, müxtəlif nağıl personajlarının şəkilləri olan lövhələr qoyulub. Yeni salınmış parkla yaxından tanış olan tədbir iştirakçıları daha sonra internat evində sakinlərin bacarıqlarının inkişafı üçün yaradılmış dərnəklərin fəaliyyətinə baxıblar. Bildirilib ki, burada rəqs, ifaçılıq, musiqi, rəsm, tətbiqi sənət, kompyuter və digər dərnəklərdə sakinlər öz bacarıqlarını sınayırlar. Dərnəklərdə məşğul olan sakinlər əl işlərini, habelə mahnı və şer ifalarını nümayiş etdiriblər.
Tədbirdə qeyd olunub ki, internat evində yaşayanlar hərtərəfli qayğı ilə təmin olunsalar da, onların doğma ailə mühitinə qaytarılması, de-institusionalizasiya istiqamətində tədbirlərə də önəm verilir. Ailələrlə aparılan müvafiq işlərin nəticəsi kimi, cari ilin ötən dövründə internat evinin 8 nəfər sakininin doğma ailələrinə qovuşmalarına nail olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info