Səlim Müslümov Gəncə və 5 rayonun sakinləri ilə görüşüb
Tarix: 29.09.2014 | Saat: 20:15:00 | E-mail | Çapa göndər


Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini fərdi qaydada qəbul edərək müraciətlərini dinləyib. Müraciətlər əsasən ayrı-ayrı təminat növləri, habelə minik avtomobili və mənzil, reabilitasiya vasitələri ilə təmin olunma, məşğulluğun və əmək hüquqlarının təminatı, əlilliyi olan şəxslərin bərpa-müalicəsi və digər məsələləri əhatə edib. Ümumilikdə müraciətlər arasında əlilliyin təyinatı, ünvanlı dövlət sosial yardımı ilə bağlı məsələlər azlıq təşkil edib. S.Müslümov müraciətlərdə əksini tapan məsələlərin qısa müddətdə araşdırılaraq qanunauyğun tədbirlər görülməsi barədə nazirliyin aidiyyatı struktur bölmələrinin məsul şəxslərinə tapşırıqlar verib.
Dövlət hesabına minik avtomobili ilə təmin olunmaq üçün növbəyə yazılmaqla əlaqədar müraciət edən vətəndaşlara bununla bağlı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müvafiq tibbi göstəriş almalı olduqları bildirilib. Nəzərə çatdırılıb ki, müharibə əlilləri və onlara bərabər tutulan şəxslərə xüsusi nəqliyyat vasitəsinə tibbi göstərişin verilməsi üçün “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”də müəyyən olunan hallar ƏƏSMN-nin rəsmi internet saytının (www.mlspp.gov.az) “Fəaliyyət və xidmətlər” bölməsinin “Avtomobillərlə təminat” altbölümündə təqdim olunur. Qəbulda S.Müslümov müraciətlərinə əsasən, ayrı-ayrı əlilliyi olan şəxslərin ehtiyac duyduqları reabilitasiya vasitələri, habelə Nazirliyin bərpa-müalicə müəssisələrinə göndərişlə, tənha ahıl vətəndaşların sosial xidmətlərlə təmin olunması, bir sıra şəxslərin ailələrinin ünvanlı yardım almaq hüququna baxılması barədə göstərişlər verib: “Biz hazırda ölkədə qabaqcıl Avropa təcrübəsi əsasında sosial reabilitasiya yönümlü xidmətlər sisteminin yaradılması işlərini aparırıq. Eyni zamanda, bərpa-müalicə mərkəzlərinin əsaslı təmir edilərək müasir tələblərə uyğun qurulması və bərpa-müalicə şəbəkəsinin bütün bölgələr üzrə genişləndirilməsi üçün müvafiq işləri görürük”.
Qəbul zamanı məşğulluq məsələləri ilə əlaqədar müraciət etmiş şəxslərin bir qisminin özlərinin və ya ailə üzvlərinin işlə təmin olunması məsələləri elə yerindəcə həllini tapıb. Bununla bağlı müraciət etmiş digər şəxslərin də qısa vaxt ərzində məşğulluqlarının təmin olunmasına kömək göstərilməsi, eləcə də son vaxtlar ölkənin bütün bölgələrində geniş vüsət alan aktiv məşğulluq tədbirlərində ilk növbədə işsiz kimi qeydiyyata alınmış şəxslərin iştirakının təmin olunması tapşırılıb.
Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb. Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunub.

İlkin




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info