Haaqa Şəhər Bələdiyyə rəsmisi “Ana Vətən”də
Tarix: 29.09.2014 | Saat: 21:18:00 | E-mail | Çapa göndər


Ötən həftə “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin dəvətilə Haaqa Şəhər Bələdiyyə sədrinin sosial məsələlər üzrə yardımçısı Boudewijn Revis “Haaqa-Azərbaycan məktəbi”ni ziyarət edib.
“Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin sədri Mayisə Ağamirzəyevadan aldığımız xəbərə görə, birliyin ofisində yerləşən məktəbi ziyarətetmə dəvətini bələdiyyə yardımçısı məmnuniyyətlə qəbul edib: “Haaqa-Azərbaycan məktəbi”nin əyani vəsaitləri və proqramı ilə yaxından tanış olan cənab Revis təşəbbüsümüzü müsbət qiymətləndirib. Bələdiyyə rəhbəri yardımçısına məktəbdə 20-yə yaxın azərbaycanlı uşaqlara doğma dillərini daha dərindən öyrətdiyimizdən, onlara doğma vətənləri haqqında bütün məlumat və bilgilər verdiyimizdən söhbət açdıq. Bundan başqa məktəbdə Azərbaycan, onun tarixi və müasir həyatı, ədəbiyyatı haqqında bir çox kitablar toplayaraq kiçik kitabxana yaratdığımızı və şagirdlərimizlə yanaşı digər insanların da bu kitablardan istifadə etdikləri haqqında məlumat verdik. Bundan başqa “Ana Vətən” Niderland Azərbaycanlı Qadınlar Birliyinin fəaliyyətindən, Azərbaycanın Qarabağ problemindən danışdıq. Cənab Revis görüşdən məmnun qaldığını vurğulayaraq gələcəkdə birgə fəaliyyət göstərməyin mümkünlüyünü də qeyd etdi. Biz də öz növbəmizdə şəhər bələdiyyəsinin bütün layihələrinə qatıldığımızı və yeni planlarımızı onlara təqdim edəcəyimizi bildirdik”.
Birlik sədri M.Ağamirzəyeva Haaqa Şəhər Bələdiyyə sədrinin yardımçısı Boudewijn Revisə məktəbdən xatirə olaraq üzərində “Azərbaycan” yazılan kiçik xalça suveneri də hədiyyə edib.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info