“Xəzər beşliyi“nin əməkdaşlığının artması regional sabitliyin möhkəmlənməsinə yardım edəcək”
Tarix: 29.09.2014 | Saat: 21:31:00 | E-mail | Çapa göndər


Xəzəryanı ölkələrin dövlət başçılarının gələcəkdə regionda iqtisadi əməkdaşlığın və təhlükəsizliyin artmasına yardım edəcək qarşılıqlı razılaşmaların əldə olunmasına marağı var. İTAR-TASS-ın verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin Xəzəryanı ölkələrin dövlət başçılarının IV sammitində məhdud tərkibdə görüşdə deyib.
O, qeyd edib ki, görüşün yekunları üzrə siyasi bəyanatın qəbul edilməsi planlaşdırılır və bu bəyanat gələcək baza sənədinin - Xəzər dənizinin hüquqi statusu haqqında konvensiyanın təməl daşı olmalıdır: "Əminik ki, gələcəkdə beş dövlətin əməkdaşlığının inkişafı regional sabitliyin möhkəmləndirilməsinə, terrorizm, ekstremizm, narkotiklərin dövriyyəsi və digər çağırış və təhdidlərlə mübarizədə effektivliyin artırılmasına imkan yaradacaq, həmçinin dövlətlərimizin iqtisadi inkişafına əlavə dinamika verəcək, dünya bazarlarında onların rəqabətə davamlılığını yüksəldəcək".
RF Prezidenti Zirvə toplantısının gündəliyinin çox dolğun olduğuna və təkcə Xəzərin hüquqi rejimi, təhlükəsizlik və iqtisadiyyat məsələlərinə aid olmadığına diqqət çəkib.
V.Putin əlavə edib ki, görüş iştirakçıları nəqliyyat, Xəzər dənizinin ekoloji sisteminin mühafizəsi sahəsində əməkdaşlığın inkişafını da müzakirə etmək niyyətindədirlər. Aktual beynəlxalq problemlər barədə də fikir mübadiləsi aparılacaq: "Ən əsası odur ki, hamımızda "Xəzər beşliyi"nin daha sıx korporasiyasına yardım edəcək qarşılıqlı faydalı razılaşmalar əldə etməyə qəti niyyət və maraq var".
Dövlət başçısı əmin olduğunu bildirib ki, "beşliy"in Həştərxanda işi faydalı olacaq.
Ekspertlərin cari görüşünə hazırlığı səciyyələndirən Rusiya lideri böyük iş görüldüyünü qeyd edib və bildirib ki, bu gün qarşıda onun nəticələrini, "yaxın və daha uzaq perspektivlərin prioritetlərini müzakirə etmək dayanır".
Prezident öz çıxışında "sülh və mehriban qonşuluq vahəsi" olan Xəzər regionunun əhəmiyyətini qeyd edib: "Bu sabitliyin əsasında Xəzəryanı dövlətlərin Xəzər dənizi ilə bağlı olan hər şeyə - təhlükəsizlik, iqtisadiyyat, yaxud ətraf mühitin mühafizəsi məsələləri - diqqətli və ölçülüb-biçilmiş münasibəti durur".
Tural




 
Bölməyə aid digər xəbərlər
22.03.2019
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
22.03.2019
Ağ Ev: Suriya İŞİD-dən azad edilib
22.03.2019
Yeni Zelandiyada məsciddə oxunan azan dövlət televiziyasında canlı yayımlandı
22.03.2019
Afinada Rusiya səfirliyinin qarşısındakı polislərə qumbara atılıb
22.03.2019
Çində kimyəvi zavodda partlayış nəticəsində ölənlərin sayı 44-ə çatıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Məhkum edilmiş bir sıra şəxslər əfv olundu


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info