AzeDer bir illiyini İstanbulda qeyd edib
Tarix: 29.09.2014 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Azərbaycan Təhsil, Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AzeDer) fəaliyyətə başlamasının bir illiyi münasibətilə İstanbulda təşkil olunmuş mərasimdə Azərbaycanın və Türkiyənin dövlət rəsmiləri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) deputatları, iş adamları, elm, təhsil və mədəniyyət sahələrinin təmsilçiləri, qardaş ölkədə təhsil alan tələbələrimiz, ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AzeDer-in sədri Rəşad Abdullayevin hesabat məruzəsi dinlənildikdən sonra təşkilatın fəaliyyətini əks etdirən film nümayiş olunub.
Sədr məlumat verib ki, rəhbərlik etdiyi təşkilatın missiyası azərbaycanlı gənclərin şəxsi karyera qazanmasına dəstək vermək, onların bilik, təcrübə və fikirlərini xarici ölkə gəncləri ilə paylaşmaq, gənclərimizin sosial həyatını inkişaf etdirən layihələr həyata keçirmək kimi mühüm istiqamətlərdir.
AzeDer-in bir illik fəaliyyəti və məqsədlərini yüksək qiymətləndirən Azərbaycan Respublikası Prezidenti Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüsal Quliyev ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyasından, gənclər və təhsil islahatlarından bəhs edib. Bildirib ki, 1969 -1970-ci dərs ilində respublikamızdan kənarda cəmi 47 nəfər təhsil aldığı halda, ulu öndər Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində 1975-ci ildə bu rəqəm 14 dəfə artaraq 700 nəfərə yaxın olub. Keçmiş SSRİ-nin müxtəlif ali məktəblərində təhsil alan tələbələrimizin sayı sonrakı illərdə daha sürətlə artmağa başlayıb. Respublikamızdan kənarda ölkəmizi təmsil edən tələbələr arasında azərbaycanlıların sayı da sürətlə çoxalaraq 1980-ci illərin əvvəlində 97,6 faizə çatıb.
Dövlət müstəqilliyimizin bərpasından sonra ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi gənclər və təhsil siyasətinin ayrı-ayrı istiqamətləri və onun yüksək nəticələrindən bəhs edən V.Quliyev Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə bu istiqamətdə həyata keçirdiyi dövlət proqramları və onların bəhrələri barədə ətraflı məlumat verib.
TBMM-nin deputatı Mustafa Kabakcı, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin sektor müdiri İlham Nağıyev, ölkəmizin Ankaradakı səfirliyinin müşaviri Nəcibə Nəsibova və Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov çıxışlarında AzeDer-in bir illik fəaliyyətini yüksək dəyərləndirərək, təşkilata gələcək işində uğurlar arzulayıblar. Qeyd olunub ki, təşkilat Azərbaycan və Türkiyə gənclərinin daha da yaxınlaşması istiqamətində də səmərəli fəaliyyət göstərir.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətlərinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran natiqlər milli qeyri-hökumət təşkilatlarının cəmiyyətimizin inkişafında oynadığı roldan və QHT-lərin inkişafına göstərilən dövlət qayğısının əhəmiyyətindən bəhs ediblər.
Bildirilib ki, Azərbaycan özünün uğurlu gənclər siyasəti ilə dünya ictimaiyyətinə yeni bir inkişaf modeli təqdim edib. Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Azərbaycanda əsaslı təhsil islahatları aparılır, beynəlxalq standartlara cavab verən yeni-yeni təhsil müəssisələri yaradılır, azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil almaları üçün Dövlət proqramları həyata keçirilir, eyni zamanda, xarici tələbələrin Azərbaycanda oxumaları təmin edilir. Dövlətimiz ardıcıl və məqsədyönlü gənclər və təhsil siyasəti ilə vətəndaşlarımızın müasir tələblərə uyğun bilik alması və yüksək keyfiyyətlərlə formalaşması istiqamətində QHT-lər üçün də düzgün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsinə dəyərli töhfələr verməkdədir.
Sonda AzeDer-in təşkilatçılığı ilə Avropa ölkələrinin bir sıra qurumlarında təcrübə keçən tələbələrə sertifikatlar təqdim olunub.
Mərasim Azərbaycan milli musiqisinin sədaları altında davam etdirilib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info