Jurnalistlər üçün ingilis dilini pulsuz öyrənmək şansı
Tarix: 29.09.2014 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Hər zaman media ilə əməkdaşlığa böyük önəm verən Azərbaycan rabitə bazarının lider mobil operatoru “Azercell” jurnalistlər üçün təşkil etdiyi ingilis dili kursları bu il də davam edir.
Şirkət 2006-cı ildən etibarən İnkişafı Paylaşmaq Platforması layihəsi çərçivəsində “Azercell” jurnalistlər üçün müxtəlif peşəkar və xarici dil kursları təşkil edir.
Tədbirdə çıxış edən “Kaspi” Təhsil Mərkəzinin direktoru Elnur Əliyev bildirdi ki, uğurla davam etdirilən bu layihədə iştirak etmək üçün bu il Kaspi Təhsil Mərkəzində peşəkar müəllimlər tərəfindən aparılan dərslərə bu il 48 nəfər jurnalist qatılacaq: “Hazırda Kaspinin 8 təhsil mərkəzi, 1 məktəbi və 1 bağçası var. Yarandığı ilk gündən Kaspi Təhsil Mərkəzində Poliqlot şöbəsi fəaliyyət göstərib. Burada İngilis dili kursları yüksək səviyyədə tədris olunub. Mərkəzimiz hər zaman bu dilin tədrisinə böyük önəm verib”.
E. Əliyev dedi ki, şirkətin təşkil etdiyi ingilis dili kursları hər il 6 ay davam edir: “Dərslər zamanı müxtəlif KİV təmsilçilərinə bir neçə səviyyəli proqram üzrə kurs keçirilir, mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə, yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək şansı yaradılır. İngilis dilini öyrənməklə yanaşı sözügedən kurslarda fəal iştirak edən daha 2 nəfər jurnalist hər il “Azercell” tərəfindən Londona 2 həftəlik ingilis dili kurslarına göndərilir. Şirkət ingilis dili kursları təşkil etməklə mətbuat işçilərinin inkişaf etməsinə, eləcə də, beynəlxalq əlaqələrinin gücləndirilməsinə yardım edir. Əsasən səhər və axşam növbələrini seçirik ki, bu da jurnalistlərin iş vaxtına uyğun olsun”.
“Azercell” şirkətinin korporativ ünsiyyət şöbəsinin rəhbəri Nigar Şıxlinskaya isə dedi ki, kursların məqsədi Azərbaycanlı jurnalistlərin dil öyrənməsinə kömək etmək, onların ingilis dilli mənbələrdən sərbəst istifadəsinə yardımçı olmaqdan ibarətdir: “Hazırda ingilis dilinə tələbat yüksəkdir. Biz jurnalistikanın inkişafına dəstək verməklə yanaşı söz azadlığına da dəstək verməyə çalışırıq. Çünki jurnalistikanın inkişafı məhz söz azadlığının inkişafı deməkdir. Bu kursları 2007-ci ildən etibarən açıq elan etmişik. Bu isə “İnkişafı paylaşmaq platforması” adlı layihəmiz var ki, məhz onun çərçivəsində baş tutub. Bu il 4 İngilis dili, 1 Rus dili qrupumuz oldu. İngilis dili qrupu həmişəki kimi çoxluq təşkil etdi, Rus dili qrupunda isə azlıq nəzərə çarpdı. Təbii ki, biz rus dilini seçəcək şəxsləri də fəal olmağa çalışırıq. Çünki gələn il bu qrupun fəaliyyət göstərib göstərməməsi məhz sizlərdən asılı olacaq. Bu üzdən müraciət edin”.
Kaspi Təhsil Mərkəzinin İngilis dili şöbəsinin rəhbəri Xalidə İsayeva kursa qeydiyyat haqqında lazım olan tələbləri dedi. O bildirdi ki, qeydiyyat üçün təqdim edilən sənədlər sırasına iş yerindən arayış, son iki ay ərzində jurnalistin adına nəşr edilən məqalələrin nüsxəsi, Kaspi Təhsil Mərkəzinin nəşr etdiyi ərizə formasını doldurmaq lazımdır: “Bu sənədlər Kaspi Təhsil Mərkəzinin Elmlər filialına təqdim edilməlidir. Qeydiyyat tarixi isə sentyabrın 30-dan başlanacaq və oktyabrın 15-dək davam edəcək. Qurban bayramı ilə əlaqədar 4-7 oktyabrda qısamüddətli fasilə olacaq. 20 oktyabrda isə dərslər başlanacaq. 15 oktyabrla 20 oktyabr arasında isə müraciət etmiş şəxslərin imtahanları keçiriləcək ki, bu imtahan nəticəsində onların bilik səviyyələri ortaya çıxaraq qruplaşdırılacaq”.
Daha sonra isə ötən il ərzində bu kurslarda tədris almış jurnalistlər sertifikatla təltif edildi. Londonda 2 həftəlik dil kursu öyrənmək şansı qazan 2 jurnalistin adları açılandı.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10140

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info