“İŞİD” Əsəd rejimindən daha təhlükəlidir”
Tarix: 30.09.2014 | Saat: 00:42:00 | E-mail | Çapa göndər


“Bəşər Əsədin rəhbərliyi altında Suriyada sabitliyi təmin edə bilmərik. Əgər Suriyanın bütövlüyünü istəyiriksə, bu halda Əsəd hakimiyyətinin davam etməsi mümkün deyil”.
Bunu ABŞ prezidenti Barak Obama “CBS” telekanalında yayımlanan “60 minutes” proqramına müsahibəsində deyib. Həm Əsəd rejiminə, həm də “İŞİD”ə qarşı savaşın çətin olduğunu deyən B. Obama “İŞİD”in Əsəddən daha təhlükəli olduğunu vurğulayıb: “ABŞ ordusu İraq və Əfqanıstanda olduğu kimi “İŞİD”lə mübarizəyə qoşulmayacaq. Bu, Amerikanın “İŞİD”ə qarşı savaşı deyil. Bu, Amerikanın təhlükəsizlik ortağımız olan bir ölkəyə kömək etmək üçün beynəlxalq ictimaiyyəti səfərbər etməsidir. Bölgədə siyasi sabitlik və əmin-amanlıq bir gecədə əldə oluna bilməz, bunun üçün xeyli vaxt lazımdır”. Obama Qərbin İslamla mübarizə aparmadığını qeyd edib: “İslam sülh dinidir və müsəlmanların çoxu sülhsevər insanlardır. Ancaq indi müsəlman dünyasında fərqli bir tanrıya ibadət edən, günahsız insanların öldürülməsində qəbahət görməyən və uzun müddətdir böyüyən bir xərçəng var. Müsəlman ölkələri liderlərinin “bunlar bizi və İslam dinini təmsil etmir” bəyanatı vermələrini, habelə bu cür qruplaşmalara qarşı sərt mövqe sərgiləməsini təmin etməliyik”. Obama həmçinin ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapperin “ABŞ kəşfiyyat orqanları “İŞİD”dən gələn təhlükəni vaxtında düzgün dəyərləndirməyiblər və İraq ordusunun bu qruplaşmaya qarşı mübarizə imkanlarını yüksək qiymətləndiriblər” fikri ilə razı olduğunu bildirib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info