“Leyla Yunus -“Vətən” və “şərəf” anlayışlarına heç bir önəm verməyən acgöz qrantyeyəndir”
Tarix: 30.09.2014 | Saat: 00:52:00 | E-mail | Çapa göndər


“Çox şadam ki, 1991-ci ildə mənim təşəbbüsümlə Leyla Yunus Azərbaycan Sosial-Demokrat Partiyasının sıralarından xaric edildi. Bu, acgöz və böyük ambisiyalı eqoist qadın əvvəldən bizim partiyanın əleyhinə işləyirdi”.
Bu sözləri “1news.az”a partiya rəhbəri Araz Əlizadə deyib. O, qeyd edib ki, həmin vaxt Leyla Yunusun partiyanın xeyrinə yox, şəxsi maraqlarının təminatı üçün fəaliyyət göstərdiyini müəyyənləşdiriblər: “Bu qadın üçün “Vətən”, “şərəf” anlayışı heç bir əhəmiyyət kəsb etmir. Ölkəmizdə qrantyeyənlər kateqoriyası formalaşıb-avaraçılıq edərək qrant xətrinə Azərbaycanın əleyhinə istənilən addımı atmağa hazırdırlar. Leyla Yunus da bu kateqoriyaya daxildir”. Araz Əlizadə bildirib ki, Azərbaycanın uğurlarını dünyada gözü götürməyən qüvvələr var və onlar həmin qrantyeyənləri maliyyələşdirməyə hazırdırlar. Partiya rəhbəri qeyd edib ki, bu gün Azərbaycan uğurla inkişaf edir, əhalinin həyat səviyyəsi yaxşılaşır: “Ölkəmizin beynəlxalq nüfuzu artır. Bu isə ölkəmizi Ermənistan kimi görmək istəyən Qərb dairələrinin xoşuna gəlmir. Bakının uğurları ölkəmizi sevməyən bəzi Qərb dairələrini narahat edir. Ona görə də həmin qüvvələr Leyla Yunusu respublikamıza qarşı hücumun bayrağına çeviriblər. Ermənilər isə milliyətcə erməni olduğunu bildikləri üçün ondan qəhrəman düzəldiblər”. Araz Əlizadə bildirib ki, Leyla Yunusa guya fiziki təzyiq olunması ilə bağlı hər hansı yalan məlumatın yayılması ölkəmizə dost olmayan dairələrin əlinə psevdo-arqument verməkdir. Leyla Yunus dövlətə xəyanət və Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunduğu üçün bu məsələdə provokasiyaya əsas verilməməlidir.




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ermənistandakı seçkilər əhalidəki inamsızlıq haqqında kifayət qədər aydın siqnal verir
21.01.2019
“Mitinqdə müxalifət rəhbərlərinin hamısının çıxışlarında xaricdə əleyhimizə səslənən ifadələrlə üst-üstə düşən məqamlar var idi”
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info