Koreya mətbuatında “Azərbaycan ərazilərinin qeyri qanuni işğalı qəbuledilməzdir” adlı məqalə
Tarix: 30.09.2014 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Koreya Respublikasınnın “The Korea Herald” qəzetində “Azərbaycan ərazilərinin qeyri qanuni işğalı qəbuledilməzdir” başlığı altında məqalə dərc olunub.
Azərbaycanın Koreyadakı səfirliyindən verilən məlumata görə, məqalədə 2014-cü ilin iyul ayında üç azərbaycanlı məcburi köçkünün – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunun Şaplar kəndində olarkən Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülməsi, H.Həsənovun qəddarlıqla qətlə yetirilməsi və cəsədinin Azərbaycan tərəfinə qaytarılmaması, digər iki azərbaycanlının isə harada saxlanıldıqları barədə heç bir informasiyanın verilməməsi barədə məlumat əks edilib.
Məqalədə soydaşlarımızın öz ailə üzvlərinin məzarlarını ziyarət etmək üçün Şaplar kəndinə getdikləri və Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində girov götürülərək erməni mətbuatında “diversiya qrupu” kimi qələmə verilmələrinin əsassız olması göstərilmişdir. Girov götürülmüş şəxslərin əvvəllər də işğal olunmuş ərazilərimizə səfər etdikləri və bu səfərləri “Youtube” internet portalında yerləşdirdikləri vurğulanaraq, bunun “diversant qrupu”na xas olmayan hərəkət olduğu sübut olunub.
Məqalədə Kəlbəcər rayonunun 1993-cü ilin 2 aprel tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, bununla əlaqədar olaraq BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsinin qəbul olunduğu və ümumilikdə Ermənistanın təcavüzkar siyasətinin nəticələri barədə məlumatlar da yer alıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info