Səfir Misir mətbuatında Azərbaycanın nailiyyətləri haqqında yazdı
Tarix: 30.09.2014 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Misirin nüfuzlu “Əl-Cumhuriyyə” və “Əl-Masry Əl-Yaum” qəzetlərində, eləcə də bir sıra internet portallarında Azərbaycanın bu ölkədəki səfiri Şahin Abdullayevin “Azərbaycanın balanslaşdırılmış siyasəti” sərlövhəli məqaləsi dərc edilib.
Ş.Abdullayev məqalədə “ADEX 2014” sərgisindən bəhs edib, bu sərgidə dünyanın 34 ölkəsindən 200 şirkət və rəsmi nümayəndə heyətinin iştirak etdiyini vurğulayıb və belə bir mötəbər tədbirin keçirilməsinin təsadüfi olmadığını bildirib.
Səfir Azərbaycanın iqtisadi və sosial sahələrdə böyük nailiyyətlər qazandığını, buna baxmayaraq, qarşıda duran əsas problemin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi olduğunu və həmin münaqişənin regional və beynəlxalq sülhə təhlükə yaratdığını vurğulayıb. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın torpaqlarının 20 faizinin işğal olunduğunu vurğulayan diplomat, təcavüzkar dövlətin azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti apardığını, bir milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyünü diqqətə çatdırır. Eyni zamanda məqalədə zəbt olunmuş ərazilərdə Azərbaycanın mədəni, tarixi, həmçinin islam abidələrinin dağıdıldığı, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamənin tələblərinin işğalçı dövlət tərəfindən indiyədək yerinə yetirilmədiyi bildirilir.
Ölkəmizin beynəlxalq əlaqələrinə toxunan səfir bildirib ki, Azərbaycan Respublikası öz milli maraqlarına uyğun olaraq qarşılıqlı hörmət, dövlətlərin suverenliyi və ərazi bütövlüyü, başqa ölkələrin daxili işlərinə qarışmamaq kimi prinsiplər əsasında dünya ölkələri ilə əməkdaşlıq edir.
Ş.Abdullayev, eyni zamanda, Azərbaycanın müsəlman dünyasının ayrılmaz hissəsi olduğunu, ölkəmizin İslam mədəniyyətində oynadığı rolu qeyd edib və bildirib ki, rəsmi Bakı üzv olduğu beynəlxalq təşkilatlarda ərəb və İslam dünyasının ədalətli mövqeyini dəstəkləyir.
Müəllif, həmçinin Azərbaycanın müstəqilliyinin ilk dövründən indiyədək şəffaf xarici siyasət həyata keçirdiyini, heç bir dövlətlə gizli əlaqələrinin olmadığını vurğulayıb, eyni zamanda, başqa dövlətlərin hərbi bazalarının Azərbaycan ərazilərində olmadığını və öz hava məkanından digər dövlətə qarşı istifadə olunmasına heç bir şəkildə icazə verməyəcəyini vurğulayıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info