“Litva məktəblərində Azərbaycan tarixi və mədəniyyətinin təbliği və inkişafı” adlı layihə başlanılıb
Tarix: 30.09.2014 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“Litva məktəblərində Azərbaycan tarixi və mədəniyyətinin təbliği və inkişafı” adlı layihəyə start verilib.
Litva Azərbaycanlı Gənclər Təşkilatından (AYOL) bildiriblər ki, layihənin dörd aylıq icra planına uyğun olaraq avqustdan başlayan tədbirlər ilin sonunadək davam edəcək. Layihənin icra müddətində AYOL Litvanın Vilnius, Kaunas, Yonava, Mariampole və digər şəhərlərinin orta məktəblərində ölkəmizin tarixi, mədəniyyəti, incəsənəti, milli mətbəxi, turizm potensialı, kino sənəti və digər mövzuları özündə əks etdirən tədbirlər keçirəcək.
Layihənin məqsədi Azərbaycan haqqında məlumatları litvalı məktəblilərə çatdırmaqdır. Layihə nəticəsində yalnız məktəblilər deyil, həmçinin tədbirlərdə iştirak edəcək müəllimlər və valideynlər, yerli gənclər təşkilatının fəal üzvləri məlumatlandırılacaqlar.
Tədbirlərdə Azərbaycanın iqtisadi inkişafına dair video çarxlar nümayiş etdiriləcək. Qonaqlara təqdim olunacaq milli mətbəximizin ləziz yeməkləri, milli rəqslər, həmçinin, milli ornamentli hədiyyələr onların ölkəmizə olan maraqlarını daha da artıracaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info