“Azərbaycanın gənclər siyasəti Şərq Tərəfdaşlığı ölkələri üçün nümunədir”
Tarix: 30.09.2014 | Saat: 17:16:00 | E-mail | Çapa göndər


Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) icraçı direktoru Şəmsi Gülverdiyev Moldovada tələbə özünüidarəetmə mövzusunda keçirilən beynəlxalq forumda Azərbaycan gəncliyinin uğurlu inkişafı barədə bir sıra fikirlər səsləndirib. səsləndirib. Xatırladırıq ki, o, “Şərq tərəfdaşlığı regionunda gənclər siyasətinə dəstək” proqramı çərçivəsində 2014-cü ilin 25-26 sentyabr tarixlərində Moldovanın paytaxtı Kişinyov şəhərində tələbə özünüidarəetmə mövzusunda keçirilmiş beynəlxalq forumda iştirak edib.
ATGTİ –nin mətbuat katibi Məcid Musayevin verdiyi məlumata görə, tədbirdə Azərbaycanın gənclər və təhsil siyasətini təqdim edən, bu mövzularda məruzə ilə çıxış edən Şəmsi Gülverdiyevin bildirib ki, Azərbaycanın gənclər siyasəti Şərq Tərəfdaşlığı ölkələri üçün nümunədir.
Tədbirdə “Şərq tərəfdaşlığı” ölkələri özlərində tələbə özünüidarəetmə strukturları barədə məlumat verilib, onların son vəziyyətini və layihələrini diqqətə çatdırılıb. Digər tərəfdən isə ölkələrin birgə fəaliyyət strategiyası müzakirə edilib.
ATGTİ rəsmisi onu da vurğulayıb ki, Azərbaycandan fərqli olaraq qonşu ölkələrdə, əsasən da Ermənistanda tələbə təşkilatları ilə təhsil ocaqlarının rəhbərlikləri arasında əlaqə çox zəifdir, bundan əlavə tələbə təşkilatlarının fəaliyyəti siyasiləşdirilir.
Forumun sonunda qəbul edilmiş qərarlara toxunan Şəmsi Gülverdiyev məlumat verib ki, “Şərq tərəfdaşlığı” iştirakçıları növbəti dəfə 2015-ci ildə toplaşacaq və o müddətə qədər internet resursları vasitəsi ilə məlumat mübadiləsi həyata keçirəcəklər.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info