“Ölkələrimiz arasında qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq mümkündür“
Tarix: 30.09.2014 | Saat: 17:42:00 | E-mail | Çapa göndər


“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun istismara verilməsi Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin aktivləşməsinə gətirib çıxaracaq. Bunu İranın Gömrük Xidmətinin rəhbəri Məsud Karbasian Bakıda Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev ilə görüşdə bildirib.
Karbasian deyib: "Azərbaycan və İran gömrükləri arasında əməkdaşlıq yaxşı səviyyədədir və göstərilən sahədə ikitərəfli münasibətlərin genişləndirilməsi üçün hər iki dövlətin rəhbərlərinin iradəsi var. Bunun təsdiqi kimi qeyd etmək olar ki, son səkkiz ay ərzində Azərbaycan və İran prezidentlərinin 4 görüşü keçirilib. Lakin ölkələr arasında qarşılıqlı münasibətləri daha yüksək səviyyəyə qaldırmaq mümkündür".
Onun sözlərinə görə, bunun üçün Biləsuvar və Astaradakı gömrük-buraxılış məntəqələrinin sutkalıq iş rejiminə keçmələri, gömrük orqanları arasında vahid informasiya sisteminin tətbiqi vacibdir: "İran Prezidentinin Azərbaycana səfərinə qədər göstərilən məsələni həll etməkdən ötrü ən qısa müddətdə zəruri işləri görmək üçün səy göstərməliyik. İki ölkənin gömrük orqanları dövlətlər arasında münasibətlərin inkişafı üçün hər cür səy göstərməlidirlər".

Öz növbəsində, Azərbaycan DGK-nın sədri Aydın Əliyev deyib ki, Azərbaycan və İranı əsrlərdir dostluq və qardaşlıq münasibətləri birləşdirir.
Onun sözlərinə görə, bu gün iki ölkə arasında münasibətlər yeni səviyyəyə çıxıb və buna son səkkiz ay ərzində artıq dördüncü olan bu görüş sübutdur: "Gömrük statistikası mövcud vəziyyəti əks etdirmir, çünki hər gün Azərbaycan-İran sərhədini minlərlə adam keçir".
DGK rəhbərinin sözlərinə görə, bununla yanaşı iki ölkə tranzit daşımalarla da bağlıdır, ona görə də onlar yük və avtomobil vasitələrinin hər bir sənədləşdirilməsi prosedurunun sürətləndirilməsinə böyük əhəmiyyət verirlər.
Qəzvin-Rəşt-Astara dəmir yolunun 2015-ci ilin əvvəlində istismara veriləcəyi gözlənilir. Dəmir yolunun ümumi uzunluğu 205 kilometr, yolun Ənzəli-Astara hissəsinin uzunluğu isə 164 kilometrdir. Yol boyunca 22 tunel, 15 körpü tikiləcək. 15 tunelin tikintisi artıq başa çatıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info