“Girovluqdakı həmvətənlərimizin qeyri-insani rəftara məruz qalması Dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır”
Tarix: 30.09.2014 | Saat: 18:03:00 | E-mail | Çapa göndər


Azərbaycanın Baş nazirinin müavini Əli Həsənov hazırda ermənilər tərəfindən girovluqda saxlanılan iki azərbaycanlının və öldürülmüş azərbaycanlının meyitinin qaytarılması üçün BMT-ni və digər beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə çağırıb. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) İcraiyyə Komitəsinin 65-ci sessiyasında çıxışı zamanı deyib ki, bu ilin iyulunda Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın ermənilər tərəfindən işğal edilmiş Kəlbəcər rayonunda öz əcdadlarının məzarlarını ziyarət edərkən erməni tərəfi onları tutub. Onlardan biri – məcburi köçkün Həsən Həsənov girov götürülərkən öldürülüb: “Erməni tərəfi bu dinc vətəndaşları yalandan təxribat törətməkdə ittiham edir, hazırda onlar ermənilərin əlində əsirdirlər və orada qeyri-insani rəftara məruz qalırlar. Bütün bunlar beynəlxalq hüququn, o cümlədən Dördüncü Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Biz əsirlikdə olan həmvətənlərimizin dərhal qaytarılmasını, habelə Həsənovun meyitinin bizə verilməsini tələb edirik. Biz, həmçinin BMT-ni və onun müvafiq strukturlarını, habelə başqa beynəlxalq təşkilatları Ermənistana təsir göstərməyə və yuxarıda adları çəkilən vətəndaşların qaytarılmasına kömək etməyə çağırırıq”.
Ə.Həsənov qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində və BMT Baş Məclisinin qətnaməsində, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş bir sıra sənədlərdə qeyd edildiyi kimi, azərbaycanlı qaçqınların və daxili köçkünlərin qaytarılmasına imkan yaradılması bu kateqoriyaya aid insanların hərtərəfli müdafiəsi üçün son dərəcə vacibdir. Baş nazirin müavini bildirib ki, daxili köçkünlərin hüquqları ilə bağlı problemlərin həlli və onların müdafiəsi hərtərəfli yanaşma, o cümlədən müvafiq beynəlxalq konvensiya layihəsinin hazırlanmasını tələb edir: “Bu, həm də daxili köçkünlərin problemlərinin həllində çox mühüm addım olardı. Bu şərtlə ki, bütün tərəflər öz öhdəliklərini yerinə yetirsinlər”.

Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info