Əlillərin IV ümumrespublika yarışlarının zona mərhələsi başlayır
Tarix: 30.09.2014 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən gələn ay əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar arasında stolüstü idman növləri üzrə IV ümumrespublika yarışlarının zona mərhələsinə start veriləcək.
Respublikanın 10 zonasında təşkil olunacaq bu yarışlarda bütün bölgələrdən ümumilikdə min nəfərdən çox əlilliyi olan şəxs və sağlamlıq imkanları məhdud uşaq idmanın şahmat, dama, nərd, stolüstü tennis və armrestlinq üzrə qüvvələrini sınayacaqlar. Zona turnirlərində qalib gələnlər cari ilin noyabr ayında Bakı şəhərində keçiriləcək final mərhələsində iştirak hüququ qazanacaqlar. Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə əməkdaşlıq şəraitində təşkil olunan yarışları təcrübəli idman mütəxəssislərindən ibarət hakimlər heyəti idarə edəcək.
ƏƏSMN-nin “2014-cü il üçün əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı»na uyğun olaraq təşkil edilən yarışların qaliblərinə mükafatların, habelə iştirakçılara həvəsləndirici mükafatların verilməsi nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
19.03.2019
Məcburi köçkün qəsəbələrində Novruz şənlikləri keçirilib
19.03.2019
Qaradağda bayram münasibəti ilə aztəminatlı ailələrə yardım edilib
18.03.2019
Müharibə əlilləri və onlara bərabər tutulanlar üçün bu il əlavə 400-dən çox avtomobil alınıb veriləcək
18.03.2019
Övladlığagötürmə ilə bağlı yeni Qaydaların layihəsi hazırlanır
18.03.2019
Aprelin 1-dən yaşa görə müavinətlər 80 faizə yaxın artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10699

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
3 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 Yuliya Naçalova vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info