“Beynəlxalq təşkilatlar onların maraqlarında alət olmadığımız üçün bizi cəzalandırmaq istəyirlər“
Tarix: 30.09.2014 | Saat: 19:19:00 | E-mail | Çapa göndər


"Beynəlxalq təşkilatlar onların maraqlarında alət olmadığımız üçün bizi cəzalandırmaq istəyirlər". Bunu Milli Məclis sədrinin müavini Bahar Muradova parlamentin payız sessiyasının bu gün keçirilən ilk iclasında Avropa Parlamentinin qətnaməsinə münasibət bildirərkən deyib.
İclasda çıxış edən deputat Qüdrət Həsənquliyev bildirib ki, o, beynəlxalq təşkilatlarla əlaqələri kəsməyin əleyhinədir.
Millət vəkilinin fikrincə, 5-6 nəfərə görə, Qərblə, beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getmək lazım deyil: “Hüquq-mühafizə orqanları rəhbərləri müvafiq qərar qəbul edib, məhkəməyə qədər bu adamlar barəsində seçilmiş həbs-qətimkan tədbirləri dəyişdirilməlidir. Çünki dünyada ictimai fikri böyük dövlətlərin “barmağı” ilə oturub-duran təşkilatlar formalaşdırır. Bu acı reallığı da qəbul edib düşünürəm ki, Azərbaycan xalqına qarşı ən ağır cinayət törətsələr belə, 5-6 nəfərə görə biz Qərblə, beynəlxalq təşkilatlarla açıq qarşıdurmaya getməli deyilik”.
Vitse-spiker Bahar Muradova isə onun fikirlərinə qəti etiraz edərək deyib ki, əslində məsələ bu 5-6 nəfərdə deyil: “Kimsə fikirləşirsə ki, bu adamlar azad olunsa, beynəlxalq təşkilatların mövqeyi dəyişəcək, səhv düşünür. Bir çox qurumlarda belə fikirləşirlər ki, Azərbaycan özündən razı şəkildə siyasət yürüdür. Bizi yalnız buna görə yox, onların maraqlarında alət olmadığımız üçün cəzalandırmaq istəyirlər”.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Demokratiyanın tələbləri
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Əli Abdalov Mehman Hüseynovla barışıb
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info