“Veysəloğlu” media nümayəndələri üçün Açıq Qapı Günü təşkil etdi
Tarix: 30.09.2014 | Saat: 20:35:00 | E-mail | Çapa göndər


“Veysəloğlu” Şirkətlər Qrupu tərəfindən media nümayəndələri üçün Açıq Qapı Günü təşkil olundu. Açıq Qapı Günü çərçivəsində mətbuat nümayəndələrinin yerli şirkət olan “Ulduz” Şokolad Fabrikinə səfəri təşkil olunmuşdu. Tədbir çərçivəsində jurnalistləri məlumatlandıran “Veysəloğlu” Şirkətlər Qrupunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri İlham Məmmədzadə bildirdi ki, 2001-ci ildə “Ulduz” şokolad fabrikinin fəaliyyətə başlaması respublikamızın iqtisadiyyatında qənnadı və yeyinti sahəsinin inkişafına güclü təkan verib. Fabrikin fəaliyyətə başlaması daxili istehsala, qənnadı və yeyinti sənayesinə yeni keyfiyyət, yeni dad gətirib. Ulduz şokoladlarını müxtəlif çeşidlərdə yerli bazara təqdim etməyə başlayan fabrikin məhsulları tez bir zamanda istehlakçılar tərəfindən sevilib: “Məhsullara olan tələbat hər gün artırdı. Fabrik yerli bazara yeni bir ad, "Ulduz" şokoladlarını müxtəlif çeşidlərdə təqdim etməklə öz mövqeyini bir qədər də möhkəmləndirdi. Keyfiyyətli məhsul, zövqləri oxşayan qablaşdırma, sərfəli qiymət, yüksək səviyyədə xidmət müştərilərin sayının sürətlə artmasına səbəb oldu. Fabrik ilk məhsulu olan, tez bir zamanda istehlakçılar tərəfindən sevilərək qəbul edilən “Ulduz” şokoladlarından bugünkü müxtəlif rəngarəng çeşidli məhsullarına qədər böyük inkişaf yolu keçib”.
Fabrikin direktoru Vüsal Şərifov qeyd etdi ki, "Ulduz" fabriki yerli bazarla yanaşı Orta Asiya, Rusiya, Gürcüstan kimi xarici bazarlarda da şokolad markaları olan "Ritm", "Rocky", "Tango", "Xonça", “Seasons”, “Sema”, “Wedding” və bir sıra digər məhsulların müxtəlif çeşidləri ilə böyük nüfuz qazanıb. Fabrik 2014-cü ilin əvvəlindən daha iki yeni xəttin - “Topnut” markalı “Draje” və “Cırtdan”, “Freş”, “Alpinmilk”, “Villi” markalı Karamel xətlərinin işə salınması ilə öz fəaliyyət sahəsini genişləndirib.
Hər zaman istehlakçılara yüksək keyfiyyətli məhsullar təklif edən fabrikdə bu gün müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb.
Daha sonra fabrikin Keyfiyyətə nəzarət şöbəsinin müdiri Lalə Eminova fabrikin məhsullarının ciddi keyfiyyət göstəriciləri və tələblərinə cavab verməklə istehsal olunmasından ətraflı danışdı.
Media mənsublarının məlumatlandırılmasından sonra fabrikdə istehsal prosesi ilə əyani tanışlıq oldu. Qeyd edək ki, fabrikdə ciddi gigiyena-sanitar qaydalarına tam riayət olunur. Ən sağlam, təbii və ekoloji cəhətdən təmiz xammaldan istifadə edilməklə, müxtəlif növ, dadlı və orijinal “Ulduz” şokoladları hazırlanır. İstehsalatda ən modern texnologiya və avadanlıqlar tətbiq olunur. Müəssisədə yaradılan şərait, texnoloji avadanlıqların daim yenilənməsi “Ulduz” Şokolad Fabrikini qida sənayesi sektorunda qabaqcıl şirkətlərdən birinə çevirib. İstehsal prosesində keyfiyyətə daim önəm verən şirkətin rəhbərliyi bunun üçün Almaniya, Belçika, İtaliya və bir sıra qabaqcıl Avropa ölkələrinin tanınmış şokolad istehsalçılarının fəaliyyət mexanizmini öyrənmiş və fabrikdə yeni müasir avadanlıqlar quraşdırılıb. Tamamilə avtomatlaşdırılmış, müasir qurğuların istismara verilməsi sayəsində məhsul istehsalı artırılmış və fabrikdə dünyanın an qabaqcıl müəssisələri ilə raqabət apara biləcək modern iş şəraiti qurulub. Hazırda fabrikin istehsal gücü saatda 3200 kiloqram və daha artıqdır.
Fabrikin ixrac potensialı daha da artırılaraq Rusiya Federasiyasının Moskva, Sankt Peterburq, Ufa, Maxaçkala, Kazan, Krasnodar, Rostov, Çelyabinsk, Yekaterinburq, Kalininqrad, Nijnı Novqorod, Nazran, Qroznı kimi iri şəhərlərinə, eyni zamanda Ukrayna, Belorusiya, Gürcüstan, Latviya, Litva, Estoniya, Qırğızıstan, Türkmənistan, Tacikistan, Monqolustan, İsrail, İraq, Fələstin, Yəmən, Əfqanıstan, BƏƏ və digər ölkələrə Azərbaycan məhsullarının ixracına başlanılıb.

İlkin




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info