Avropa Azərbaycan Cəmiyyəti və Mühafizəkarlar Partiyası birgə qəbul keçirib
Tarix: 30.09.2014 | Saat: 20:42:00 | E-mail | Çapa göndər


Böyük Britaniya Mühafizəkarlar Partiyasının Birmingemdəki konfransı çərçivəsində partiyanın “ConHome” adlı qrupu ilə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) birgə keçirdiyi qəbulda 200-dən artıq nümayəndə iştirak edib.
Cəmiyyətdən verilən xəbərə görə, Beynəlxalq Konfrans Mərkəzinin “Castle Fine Art” qalereyasında keçirilmiş bu tədbir öz keyfiyyəti ilə Qərbi Avropaya səs salmış Azərbaycan şərablarını dequstasiya etmək üçün nadir imkanlardan biri idi.
Qəbulda iştirak edən hörmətli qonaqlardan biri keçmiş bərabərlik, hazırda isə mədəniyyət, kütləvi informasiya və idman” naziri və parlament üzvü Səcid Cavid olub. 2010-cu ildə Böyük Britaniya parlamentinin İcmalar Palatasına üzv seçildikdən sonra o, öz fəaliyyətinə görə təqdir edilib. Böyük Britaniyanın sabiq xarici işlər naziri Cek Strounun fikrincə, son 30 ilin ən yaxşı parlament üzvü olan bu nazir, “Daily Telegraph” qəzeti tərəfindən 100 ən nüfuzlu şəxs siyahısına salınıb. Bir çox şərhçilər Səcid Cavidi Mühafizəkarlar Partiyasının liderliyinə gələcək namizəd kimi baxırlar.
“Narahat regionda yerləşən, sabit və müasir müsəlman ölkəsi olan Azərbaycanın məşhur şərablarını içən adamları bir arada görməyimə çox şadam. Heç zaman siyasətə qarışmayan TEAS üç aparıcı siyasi partiyanın hər birinin konfransında müxtəlif tədbirlər təşkil edir. Biz artıq bir neçə ildir ki, Mühafizəkarlar Partiyasının “ConHome” qrupu ilə əməkdaşlıq edir və gələcəkdə də belə qəbulların təşkilini planlaşdırırıq. Azərbaycan Qərbin dostu və Avropa İttifaqının enerji təhlükəsizliyinin gələcək təminatçısıdır. Azərbaycandakı daxili sərmayələrin yarısından çoxu Böyük Britaniya tərəfindən, əsasən BP neft şirkəti və onunla əlaqəli olan digər şirkətlər vasitəsilə yatırılıb. Mən bu əlaqələrin daha da gücləndirilməsinə səmimi qəlbdən ümid edirəm”, - deyə Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Dənizdəki tufandan sonra SOCAR-ın istehsalat zənciri bərpa olunub
21.01.2019
“Kalkulyator uşaq” xarici və yerli təhsil müəssisələrindən təkliflər alır
21.01.2019
“Övladınızı kompüter və televizordan çəkindirməyin yolları”
21.01.2019
Səhiyyə Nazirliyi tərəfindən bu dərman geri çağırılıb
21.01.2019
Suraxanıda 20 Yanvar faciəsinin şəhidlərinin məzarları ziyarət edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info