Tələbələr üçün insan alverinə qarşı mübarizə il bağlı maarifləndirmə tədbirləri keçirilir
Tarix: 30.09.2014 | Saat: 20:45:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İnsan Alveri Qurbanlarına Yardım Mərkəzinin əməkdaşları respublikanın regionlarında yerləşən ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri üçün “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirmə tədbirləri keçirir. Bu günlərdə respublikanın Şirvan şəhərində, Quba və Xaçmaz rayonlarında başlanan maarifləndirmə tədbirləri oktyabrın 1-2-də İsmayıllı, oktyabrın 3-4-də Qəbələ rayonunda davam etdiriləcək.
Tədbirlərin treninq mərhələsində Mərkəzin əməkdaşları tərəfindən ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə insan alveri anlayışı, onun növləri, insanların hansı yollarla insan alveri qurbanına çevrildiyi, belə hallardan qorunma və insan alverinə qarşı mübarizə yolları barədə məlumatlar verilir. Tələbələr həmçinin Azərbaycan Respublikasının insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik bazası haqqında məlumatlandırılırlar. Sorğu mərhələsində isə tələbələr müvafiq mövzuda əldə etdikləri bilikləri onlara verilmiş sorğu blanklarındakı sualları cavablandırmaqla nümayiş etdirirlər. Tədbirlərdə tələbələrə insan alveri, onunla mübarizə vasitələri və İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi barədə məlumatların əks olunduğu bukletlər paylanılır.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı” 13.9.4-cü bəndində təhsil və təlim-tərbiyə müəssisələrində uşaqların insan alveri və uşaq əməyinin istismarı ilə bağlı təhlükələrdən müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.

İlkin




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
Qubada Qarabağ müharibəsi əlilləri üçün tikilən bina rabitə xidmətləri ilə təmin olunub
23.05.2019
600 əlilliyi olan şəxs özünüməşğulluq proqramına cəlb olunub
22.05.2019
DSMF-də müşavirə keçirilib
22.05.2019
Yükdaşıma və Logistika şirkətində vakansiya
22.05.2019
“Sumgait Technologies Park” işçi axtarır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info