“Asiya İnkişaf Bankı və Azərbaycan bir sıra istiqamətlər üzrə səmərəli danışıqlar aparacaq”
Tarix: 30.09.2014 | Saat: 20:59:00 | E-mail | Çapa göndər


Asiya İnkişaf Bankının (AİB) prezidenti Takehiko Nakao bu il noyabrın əvvəlində Bakıya səfəri çərçivəsində Azərbaycan hökuməti ilə bir sıra istiqamətlər üzrə səmərəli danışıqlar aparacağını gözləyir. Bu barədə T.Nakao Manilada jurnalistlərlə görüşündə bildirib.
O, qeyd edib: "Mən Azərbaycana noyabrın 4-də səfər etmək niyyətindəyəm. Səfərimdə məqsəd Bakıda bankın Rəhbərlər Şurasının illik toplantısına hazırlığın gedişi ilə tanış olmaqdır. Bundan əlavə, Azərbaycanın bir sıra rəsmi şəxsləri ilə görüşlər keçiriləcək və əməkdaşlığın perspektivləri müzakirə olunacaq".
T.Nakao xatırladıb ki, bu həftənin əvvəli bank Azərbaycanla əməkdaşlığa dair yeni strategiyanı təsdiqləyib.
AİB prezidentinin qeyd etdiyi kimi, adambaşına düşən ÜDM-in kifayət qədər yüksək göstəricisi ilə nisbətən zəngin ölkə olan Azərbaycan mütəmadi olaraq infrastruktur layihələrinə, xüsusilə də yolların tikintisi, təhsil və səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində maliyyələşdirmənin cəlb olunmasına ehtiyac hiss edir: "Mənim qarşıdakı səfərdən çox böyük gözləntilərim var. Axı sizin ölkəniz Şərqlə Qərbin qədim mədəniyyətlərinin kəsişməsində yerləşir".
Bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Olli Noroyononun sözlərinə görə, T.Nakao səfəri zamanı maliyyə naziri Samir Şərifovla görüşəcək.
O.Noroyono əlavə edib ki, AİB prezidentinin daha yüksək səviyyədə görüşlər keçirəcəyi istisna olunmur.
Qeyd edək ki, AİB 1966-cı ildə təsis olunub və 67 üzvü var. Bankın mənzil-qərargahı Filippinin paytaxtı Manilada yerləşir. Azərbaycan 1999-cu il dekabrın 22-dən bankın üzvüdür, ölkənin bankın kapitalında iştirak payı 0,5 faiz təşkil edir.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Neftin qiyməti bahalaşmaqda davam edir
19.11.2018
Bu il sənaye məhsullarının iyirmi iki faizi emal sektorunda istehsal edilib
18.11.2018
Azərbaycan və Belarus “Şimal-Cənub“ layihəsi çərçivəsində saziş imzalayıblar
18.11.2018
İsveçrə Azərbaycan iqtisadiyyatına 850 milyon dollardan çox investisiya yerləşdirib
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info