“The Week”: “Rusiya təyyarələri Qərbi çaxnaşmaya salıb”
Tarix: 30.09.2014 | Saat: 21:32:00 | E-mail | Çapa göndər


“Putin bu təyyarələri göyə qaldırmaqla, siyasi dividend qazanmaq istəyir”

Amerikan nəşri “The Week” sentyabrda rus hərbi təyyarələrinin ABŞ, Kanada, Yaponiya və Avropanın bir sıra ölkələrinin sərhədlərində uçuşlarına xüsusi diqqət yetirib. Jurnaldakı yazı müəllifinin fikrincə, bu “təxribat” “21-ci əsrin diplomatiyasının Putin üslubunun” əsas cizgisidir. Son illərdə “Ту-95” Qərbi Avropann sərhədlərində də qeydə alınıb. Belə ki, 2011-ci ilin aprelində və 2014-cü ilin iyununda 2 “Medved” Kaliforniyanın sahillərindən 50 mil aralıda gözə dəyib. 2014-cü ilin iyulun sonunda və avqustun əvvəlində isə rus təyyarələri ABŞ sərhədlərinə azı 16 dəfə yaxınlaşıblar. Avqustda “Ту-95”-lər Niderland və Yaponiyanı qorxudublar. Sentyabrın 4-də isə onlar Kanada sərhədlərində görünüblər. Onlar müharibə şəraitində ABŞ şəhərlərinə zərbə endirməklə bağlı təlim uçuşu vaxtı gözə dəyiblər. Sentyabrın 18-də Alyaskanı, 19-da isə Böyük Britaniyanı çaxnaşmaya salıblar. İsveç isə rus təyyarələri sentyabrın 17-də onların hava məkanına keçdikləri üçün qırıcılarını göyə qaldırmalı olub.
ABŞ hərbi-dəniz kollecinin professoru Tom Nikols “Forbes”in səhifələrində “Ту-95”-lərin bu uçuşlarını şərh edib. O, hesab edir ki, hərbi baxımdan “Medved”lərin uçuşu “səmərəsizdir”, onlar yalnız siyasi xarakter daşıyır”.
Ekspert iddia edib ki, Putin bu təyyarələri göyə qaldırmaqla, siyasi dividend qazanmaq istəyir.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.01.2019
Ərdoğan Tramp və Putinlə razılaşmağa çalışır
21.01.2019
Ukraynada yaşayan azərbaycanlının prezidentliyə namizədliyi qeydə alınıb
21.01.2019
Ermənistana yatırılan sərmayə 11 dəfə azalıb
21.01.2019
Fransada erməni mafiozlara qarşı xüsusi əməliyyat keçirilib
21.01.2019
Erməni politoloq: Paşinyanı çətin günlər gözləyir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Dərslər təxirə salındı
3 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
4 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”
5 Mədəniyyət Nazirliyinin tabeliyindəki kitabxanalar ləğv edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info