Astana sammitində dənizin hüquqi statusu haqqında Konvensiya qəbul ediləcək
Tarix: 01.10.2014 | Saat: 00:23:00 | E-mail | Çapa göndər


“Xəzəryanı ölkələrin dövlət başçılarının Həştərxanda keçirilən dördüncü sammitinin nəticələrini qənaətbəxş hesab edirik”. Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Nazir müavini bildirib ki, Xəzərin statusu ilə bağlı danışıqlarda 18 il ərzində ən böyük irəliləyiş bu sammitdə müşahidə olunub: “Bu sammit danışıqlarda yeni mərhələ hesab oluna bilər. Sammit çərçivəsində qəbul olunan birgə bəyanat, bağlanmış sazişlər bir çox məsələlərə aydınlıq gətirib. Bioloji resurslardan istifadə, Xəzər akvatoriyasının bölüşdürülməsi, silahlanmanın balanslı şəkildə aparılması mövzularında tərəflər mühüm razılıqlara gəlib. Növbəti mərhələdə isə ekspertlər bu məqamları dəqiqləşdirəcəklər”. X.Xələfov qeyd edib ki, Xəzərin səthi ilə bağlı mühüm məqamlarda razılığa gəlinsə də, əsas məsələ Xəzərin dibi, yəni təbii sərvətlərdən istifadə qaydalarıdır: “Bu yöndə Azərbaycan Rusiya və Qazaxıstan arasında çoxdan razılıq əldə olunsa da, Türkmənistan və İranla fikir ayrılıqları var”. Nazir müavini 2016-cı ildə Astanada növbəti sammit keçiriləcəyini, orada Astana Konvensiyasının qəbul olunacağını və Konvensiyada Xəzərin hüquqi statusunun daha dəqiq öz əksini tapacağını vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info