“Rusiya Azərbaycanlı Gənclər Birliyi qarşısına qoyduğu məqsədlərə çatıb”
Tarix: 01.10.2014 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Moskvada Rusiya Azərbaycanlı Gənclər Birliyinin V konfransı keçirilib. Konfransdan öncə “RAGB - dialoq və fəaliyyət” şüarı altında sərgi təşkil edilib. Təşkilatın ötən dövr ərzindəki fəaliyyəti, Heydər Əliyev Fondunun Rusiyada həyata keçirdiyi layihələr müxtəlif kitab və jurnallar vasitəsilə izləyicilərin və iştirakçıların diqqətinə çatdırılıb. Daha sonra Rusiya Azərbaycanlı Gənclər Birliyinin fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Konfransı giriş sözü ilə açan RAGB sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva artıq 7 ildir ki, Rusiya Azərbaycanlı Gənclər Birliyinin yaradıldığını söyləyib: “Təşkilat yaradılanda biz Rusiyada yaşayan azərbaycanlı gəncləri birləşdirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına yardım etmək və ölkəmizin həqiqətlərini təbliğ etməyi qarşımıza məqsəd qoymuşduq. Hazırda birliyin Rusiya regionlarında 70-dən artıq nümayəndəliyi var. Rusiya Azərbaycanlı Gənclər Birliyi ölkənin bütün aparıcı ali məktəblərində layihələr həyata keçirir. Layihələrimiz bundan sonra da davam edəcək. Bu gün əminliklə demək olar ki, RAGB qarşısına qoyduğu məqsədlərə çatıb”.
Leyla Əliyeva Azərbaycan-Rusiya münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib. İki xalqın tarixən bir-birinə bağlı olduğunu söyləyən RAGB sədri bildirib ki, bu əlaqələrin kökündə çoxillik tarix dayanır. Müasir Azərbaycanın nailiyyətlərindən danışan Leyla Əliyeva qeyd edib ki, tolerantlıq Azərbaycan xalqı üçün həyat normasına çevrilib: "Azərbaycanda rus dilinə və mədəniyyətinə böyük hörmətlə yanaşılır. Son illərdə Azərbaycan iqtisadiyyatı üç dəfə böyüyüb və MDB ölkələri sırasında birinci yerdədir. 2015-ci ildə Bakıda ilk Avropa Olimpiya Oyunları keçiriləcək. 2016-cı ildə isə Azərbaycanda şahmat Olimpiadası keçiriləcək. Lakin bütün bu nailiyyətlərlə yanaşı, Azərbaycanın 20 faiz torpaqlarının işğal altında olduğunu unutmaq olmaz. Bizim 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. "Xocalıya ədalət" kampaniyası da dünya ictimaiyyətini Xocalı həqiqətləri ilə bağlı məlumatlandırmaq məqsədilə aparılırdı. İnanıram ki, dünya ictimaiyyəti bu hadisələrə ədalətli qiymət verəcək. Azərbaycanın ərazi bütövlüyü isə bərpa olunacaq və bütün qaçqın və məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar".
Sonra Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu çıxış edib. O, RAGB-nin fəaliyyətinin çox vacib olduğunu vurğulayıb: "Rusiyada yaşayan Azərbaycan gəncliyini birləşdirən RAGB uğurlu ictimai təşkilatdır. Leyla Əliyevanın rəhbərliyi altında bu təşkilat bir sıra uğurlu layihələrə imza atıb". Səfir son vaxtlar Rusiya və Azərbaycan arasında əlaqələrin intensivləşdiyini söyləyib: “Çoxları Rusiyaya nə isə istəmək xahişi ilə gəlir. Azərbaycan isə Rusiya iqtisadiyyatına investisiya yatırır".
Azərbaycan gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Prezident Administrasiyasının rəsmisi Natiq Əliyev, Rusiya Federasiya Şurasının üzvü, senator İqor Morozov, Ümumrusiya Azərbaycan Konqresinin prezidenti Məmmədbağır Əliyev, Dövlət Dumasının deputatı Mixail Starşinov, Moskva hökumətinin departament rəhbərinin müavini Vladimir Fillipov da tədbirdə çıxış ediblər. Rusiya Azərbaycanlı Gənclər Birliyinin rəhbəri Leyla Əliyeva Rusiya ali məktəblərində təhsil alan əlaçı tələbələrə və təşkilatın fəallarına diplomlar təqdim edib. Plenar iclasdan sonra RAGB-nin V konfransı öz işini 4 yarımbölmədə davam etdirib. “Qafqazda biomüxtəlifliyin qorunması”, “Azərbaycan səhiyyəsi islahatlar yolunda”, "Bakı-2015" mövzularında ətraflı müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info