Bələdiyyələrdə qadınların təmsilçiliyi artırılmalıdır
Tarix: 01.10.2014 | Saat: 00:46:00 | E-mail | Çapa göndər


Dünən Qubada Yeni Azərbaycan Partiyası (YAP) Qadınlar Şurasının təşəbbüsü ilə regional görüş keçirilib. Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarından olan qadın üzvlərinin iştirakı ilə keçirilən tədbirdə qarşıdakı bələdiyyə seçkilərində qadınların fəal iştirakının təmin edilməsi əsas müzakirə mövzusu olub. Görüşdə bələdiyyə seçkiləri ilə yanaşı, şuranın, ümumilikdə, gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi, qarşıda duran vəzifələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının sədri Nurlana Əliyeva bildirib ki, bələdiyyə seçkilərində qadınların təmsilçiliyi qarşıda duran prioritet məsələlərdəndir. Diqqətə çatdırılıb ki, hazırda YAP üzvlərinin 40 faizdən çoxu qadınlardır. Hazırkı bələdiyyə üzvlərinin isə təxminən 30 faizini qadınlar təşkil edir. Halbuki ilk bələdiyyə seçkilərində bu göstərici olduqca aşağı idi. Aparılan məqsədyönlü dövlət siyasəti nəticəsində, ötən müddət ərzində Azərbaycanda qadınların müxtəlif idarəetmə strukturlarında təmsilçiliyi müsbət istiqamətdə dəyişib. Bu gün Azərbaycan qadını ictimai-siyasi proseslərdə fəal iştirak edir, xüsusilə dövlət idarəçiliyində geniş təmsil olunur.
Qeyd edilib ki, belə bir şəraitdə qadınların bələdiyyələrdə təmsilçiliyi məsələsi də günün tələbi kimi meydana çıxır. Bələdiyyələr daha çox əhalinin sosial məsələləri ilə məşğul olan qurumdur. Bu baxımdan qadınların yerli özünüidarəetmə orqanlarında təmsilçiliyi ana şəfqəti, ana diqqəti, ana ədalətinin bu quruma gətirilməsi deməkdir. Tədbirdə qeyd olunub ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın fəaliyyəti bu gün qadınlarımız üçün əsl nümunədir. Tədbirdə çıxış edən YAP Qadınlar Şurasının İdarə Heyətinin üzvü Zərifə Quliyeva və digər partiya üzvləri də qadınları qarşıdan gələn bələdiyyə seçkilərində fəal iştirak etməyə çağırıblar. Regional görüşdə gender bərabərliyi, erkən nikahlar, hərbi vətənpərvərlik və digər mövzularda da müzakirələr aparılıb.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Naxçıvanda “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub
23.09.2018
Otman-Bozdağ palçıq vulkanında püskürmə baş verib
23.09.2018
Payız fəsli Azərbaycana daxil oldu
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info