ADA Universiteti magistratura proqramlarına tələbə qəbuluna start verib
Tarix: 01.10.2014 | Saat: 16:07:00 | E-mail | Çapa göndər


ADA Universitetində magistraturaya sənəd qəbulu başlayıb. Universitetdən verilən məlumata görə, 2015-2016-ci tədris ilində diplomatiya və beynəlxalq münasibətlər, ictimai siyasət və MBA proqramlarına qəbul aparılacaq.
ADA-nın magistratura proqramları iki illikdir və təhsil ingilis dilindədir. Dərslər tanınmış xarici və azərbaycanlı professorlar tərəfindən tədris edilir. Təhsil müddətində tələbələr bir sıra xarici ölkələrə qısa akademik səfərlərdə iştirak edirlər. Tələbələr əldə etdikləri akademik göstəricilərə uyğun olaraq təhsil haqqında 100%-lik, yaxud qismən güzəştlər əldə edə bilərlər. Eyni zamanda, ADA Universiteti Azərbaycanda ilk dəfə olaraq təhsil haqqının ödənməsi üçün uzunmüddətli aşağı faizli təhsil kreditləri də təklif edir.
Bununla yanaşı, ADA-nın Niderland Krallığı Maastriht Menecment Məktəbi (MSM) ilə birgə qiyabi Ekzekyutiv MBA proqramına da sənəd qəbulu başlayıb. Modullarla tədris olunan bu proqram minimum dörd illik iş təcrübəsi olanlar peşəkarlar üçün nəzərdə tutulub. Dərslər həm ADA, həm də MSM-in professorları tərəfindən Bakı və Maastriht şəhərlərində tədris edilir. Proqramın sonunda məzunlar hər iki universitetin beynəlxalq akkreditə olunmuş diplomu ilə təltif olunurlar.
Maraqlanan namizədlər elektron ərizə forması ilə birbaşa ADA Universitetinə müraciət edə bilərlər. Sənəd qəbulu aprelin 1-dək aparılacaq.
Qeyd edək ki, hal-hazırda ADA Universitetinin tədris proqramlarında Azərbaycanlı tələbələrlə yanaşı dünyanın 32 ölkəsindən 61 tələbə təhsil alır.
Tural




 
Bölməyə aid digər xəbərlər
15.06.2019
İnstitut işçi axtarır
15.06.2019
Müstəqil sosial müdafiə sisteminin qurucusu
14.06.2019
Bank Hüquq şöbəsinin rəhbəri vəzifəsinə işçi axtarır
14.06.2019
Bankda işləmək istəyənlərin nəzərinə!
14.06.2019
Milli Qurtuluş Günü ərəfəsində Qarabağ müharibəsi əlillərinə bayram hədiyyəsi: avtomobil təqdim edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info