Mehriban Əliyevanın təşəbbüsü ilə Pakistanda kimsəsiz uşaqlar üçün tədbir keçirilib
Tarix: 01.10.2014 | Saat: 16:52:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə Pakistanın İslamabad şəhərində yerləşən “Beyt-ul-Mal” – kimsəsiz uşaqlar evində Qurban bayramı ilə əlaqədar tədbir keçirilib. İslamabad və Ravalpindi şəhərlərinin 6 kimsəsiz uşaq evinin 800 nəfərdən çox sakini üçün təşkil olunmuş təntənəli mərasimdə “Beyt-ul-Mal”ın icraçı direktoru Abid Vahid Şeyx, Pakistan Milli Assambleyasında Pakistan-Azərbaycan dostluq qrupunun üzvləri, Azərbaycan səfirliyinin əməkdaşları, aparıcı elektron və çap media mənsubları iştirak ediblər.
“Beyt-ul-Mal” Pakistan hökuməti nəzdində fəaliyyət göstərir və təşkilatın 33 internat tipli kimsəsiz uşaqlar evində 3500 nəfər uşaq məskunlaşıb. Qurumun icraçı direktoru Abid Vahid Şeyx Mehriban Əliyevaya pakistanlı kimsəsiz uşaqlara Qurban bayramı ərəfəsində göstərdiyi diqqətə görə minnətdarlığını bildirib, bu təşəbbüsün humanistliyin, islam dəyərlərinə sadiqliyin və iki xalq arasında məhəbbətin göstəricisi olduğunu qeyd edib. Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban Əliyevanın Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə məlumat verib. Sonra hər bir uşağa qiymətli hədiyyələr təqdim edilib, nahar yeməyi təşkil olunub. Mərasimin sonunda kimsəsiz uşaqlar üçün musiqi və əyləncə proqramları təşkil edilib.
Qeyd edək ki, Qurban bayramı günləri, 6-8 oktyabr tarixlərində Heydər Əliyev Fondu adından iribuynuzlu qurbanlıqlar kəsilərək Pakistanda daşqın və sellərdən zərər çəkmiş insanlara paylanacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qeyri-sabit hava şəraiti sentyabrın 28-dək davam edəcək
26.09.2018
Aİİ Heydər Əliyev İrsini Araşdırma Mərkəzi ilə silsilə tədbirlərini davam etdirir
26.09.2018
BMT Əhali Fondunun nümayəndə heyəti ilə görüş keçirilib
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info