Pentaqon: “İslam Dövləti”nin neft emalı zavodları məhv edilib
Tarix: 01.10.2014 | Saat: 17:11:00 | E-mail | Çapa göndər


“İslam Dövləti” qruplaşmasının Suriyada ələ keçirdiyi neftayırma zavodlarının, demək olar ki, hamısı məhv edilib.
“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə “Washington Times” nəşrinə Pentaqonun anonim qalmaq istəyən nümayəndəsi bildirib.
Qeyd edək ki, “İslam Dövləti”nə qarşı mübarizəyə qalxan beynəlxalq koalisiyanın hava qüvvələri son günlər Suriyada qruplaşmanın nəzarətində olan neft və qaz emalı zavodlarına zərbələr güclü endirib.
Nəşrin məlumatına əsasən, hava zərbələri nəticəsində qruplaşmanın maliyyələşməsinin mənbəyi olan təxminən 20 neft emalı zavodlarından 16-sı məhv edilib. Sentyabrın 24-də ABŞ HHQ Mərkəzi Komandanlığı Suriyadakı 12 neft emalı zavodunun bombalandığını, sentyabrın 28-də isə daha 4 müəssisəyə zərbələr endirildiyni elan edib.
“Washington Times” qeyd edir ki, beynəlxalq koalisiya bundan sonra İraqda “İslam Dövləti” üçün nəzərdə tutulmuş ərzaq və dərman anbarlarını məhv etməyə çalışacaq. “Suriyada onların, əsasən, logistika qovşaqları, təchizat və maliyyə mənbələri yerləşir”, deyə Pentaqon nümayəndəsi bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
YPG / PKK Suriyada Əsəd rejimi ilə əməkdaşlıq edir
20.09.2019
Türkiyənin Sudana hümanitar yardımları davam edir
19.09.2019
İndoneziyada korrupsiyada ittiham olunan nazir istefa verdi
19.09.2019
Trampdan FES-in dollar qərarına reaksiya: “Yenə yıxıldılar“
19.09.2019
ABŞ iki gün ərzində İrana qarşı yeni sanksiyalar tətbiq edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10888

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info