İtaliya mətbuatında “Bakı-2015” Avropa Oyunlarının 6-cı tərəfdaşı barədə məqalə
Tarix: 01.10.2014 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


İtaliyanın “Sport economy” saytında “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) ilk Avropa Oyunlarının rəsmi tərəfdaşı olması barədə məqalə yerləşdirilib.
Məqalədə qeyd olunur ki, “Bakı-2015” Avropa Oyunları ilə AZAL arasında rəsmi tərəfdaşlıq müqaviləsi imzalandıqdan sonra beynəlxalq yarışın altıncı tərəfdaşı müəyyənləşib.
Yazıda müvafiq məsələ ilə bağlı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun bu sözlərinə də yer verilib: “AZAL ölkəmizin dünya ilə birləşməsinə kömək edir. Biz bu qurumun ilk Avropa Oyunlarının rəsmi tərəfdaşlarından birinə çevrilməsi ilə fəxr edirik. Tərəfdaşlıq çərçivəsində “Bakı-2015”in loqosu təyyarələrin monitorlarında nümayiş olunacaq, sərnişinlərə birinci Avropa Oyunları ilə bağlı məlumat veriləcək”.
AZAL-ın fəaliyyəti ilə bağlı məlumat verilən yazıda oxucuların diqqətinə çatdırılır ki, qurum hər il dünyanın 38 ölkəsindən 1,7 milyondan çox sərnişin daşıyır. Bu göstərici ilə AZAL Qafqazın ən nəhəng hava yolları şirkətlərindən biri hesab olunur.
Müəllif qeyd edir ki, daha əvvəl “P&G”, “Tissot”, “BP”, “Nar Mobile” və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Bakı-2015”in rəsmi tərəfdaşları olub. AZAL altıncı rəsmi tərəfdaş kimi Avropa Oyunlarına qoşulub.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
http://www.sporteconomy.it/Azerbaijan+Airlines+nuovo+partner+degli+European+Games+
di+Baku2015_50904_2_1.html

Tural




 
Bölməyə aid digər xəbərlər
20.03.2019
Bayramın ikinci günündə hava əsasən yağmursuz keçəcək
20.03.2019
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20.03.2019
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20.03.2019
Metropolitendə ilk dəfə Novruz şənliyi təqdim olunur
20.03.2019
Gənclər Aprel şəhidlərinin ailələrini ziyarət ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
3 Yuliya Naçalova vəfat edib
4 “Bahar“ Qadınlar İnkişaf Qrupuna müasir tikiş maşınları verilib
5 Fransız heykəltəraş Mauro Kordanın sərgisi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info