Varşavada keçirilən sessiyada Azərbaycandakı tolerantlıq mühitindən danışılıb
Tarix: 01.10.2014 | Saat: 17:45:00 | E-mail | Çapa göndər


Polşanın paytaxtı Varşavada ATƏT-in insan ölçüsünə həsr olunan iclas çərçivəsində keçirilən “Milli azlıqlara mənsub olan şəxslərin hüquqları” mövzusunda sessiyada Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin əməkdaşı, professor Etibar Nəcəfov çıxış edib.
Dövlət müşavirliyi xidmətindən bildiriblər ki, E. Nəcəfov çıxışında Azərbaycanın tarixən tolerant ölkə olduğunu, burada milli azlıqlara mənsub xalqların hüquqlarının dövlət tərəfindən hər zaman müdafiə edildiyini deyib. O, tarixə nəzər salaraq Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərkibində rus, yəhudi, erməni və digər milli azlıqların nümayəndələrinin hətta nazir vəzifəsində çalışdığını bildirib.
E.Nəcəfov müasir dövrdə Qərbi Avropa ölkələrinin multikulturalizmdən imtina etdiyi bir zamanda Azərbaycanın multikulturalizmi özünün dövlət siyasəti elan etdiyini iclas iştirakçılarının diqqətinə çatdırıb.
Azərbaycanda yaşayan milli azlıqların hüquqlarının ölkənin hər bir vətəndaşının hüquqları ilə bərabər tutulmasından danışan E.Nəcəfov Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini, bunun nəticəsi olaraq ölkədə millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirliyi xidmətinin, həmçinin Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin yaradıldığını qeyd edib. Bundan əlavə, o, Azərbaycan dövlətinin multikulturalizm siyasətinin təbliğ və təşviq olunması istiqamətində gördüyü işlər sırasında 2011-ci ildən etibarən hər il Bakıda təşkil edilən Beynəlxalq Humanitar Foruma diqqəti cəlb edib və oktyabrın 2-3-də IV Forumun keçiriləcəyini söyləyib.
Tural




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Təhlükəsiz avtomobil idarəetmə mövzusunda dəyirmi masa
18.09.2018
“Maarifləndirici tədbirlərin nəticəsi olacaq”
18.09.2018
Dövlət Komitəsi diaspor təşkilatlarına texniki dəstək göstərəcək
18.09.2018
“Bakcell” növbəti beynəlxalq ekoloji aksiyaya qoşulub
18.09.2018
Çinin Sinxua agentliyinin nümayəndə heyəti Xəzər Televiziyasının fəaliyyəti ilə tanış olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info