AGDB nümayəndələrinin Astanada görüşləri davam edir
Tarix: 01.10.2014 | Saat: 18:27:00 | E-mail | Çapa göndər


Qazaxıstanda səfərdə olan Azərbaycan Gənc Diplomatlar Birliyinin nümayəndələri paytaxt Astanada Turan-Astana Universitetinin prorektoru Aleksandr Pyaqay və universitetin tələbələri ilə görüş keçiriblər. Görüşdə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında gənclərin rolu mövzusu ətrafında müzakirələr aparılıb. Bu barədə Azərbaycan Gənc Diplomatlar Birliyinin baş məsləhətçisi, siyasi elmlər doktoru, professor Elman Nəsirov məlumat verib. O bildirib ki, azərbaycanlı gənc diplomatlar qazaxıstanlı həmkarlarına ölkəmizdə mövcud davamlı iqtisadi inkişaf, siyasi sabitlik, nümunəvi tolerantlıq mühiti və xüsusilə uğurlu gənclər siyasəti haqqında məlumat veriblər. Görüş çərçivəsində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun ağır nəticələri
haqqında qazaxıstanlı gənclərə ətraflı məlumat verilib. Sonra görüş qarşılıqlı sual-cavab əsasında davam etdirilib. Tərəflər belə təmasların müntəzəm olaraq keçirilməsinin vacibliyini vurğulayıblar.
Həmin gün azərbaycanlı gənc diplomatlar Türk Akademiyasinda da olublar və Akademiyanın prezidenti Darxan Kidirəli ilə görüş keçiriblər. Görüşdə Türk Akademiyasi ilə Azərbaycan Gənc Diplomatlar Birliyinin əməkdaşlıq münasibətlərinin qurulması və müxtəlif sahələrdə inkişaf etdirilməsi haqqında ilkin razılaşma əldə edilib. Qeyd edək ki, Azərbaycan Gənc Diplomatlar Birliyi idarə heyətinin üzvləri "Azərbaycan-Qazaxıstan xalqlararası münasibətlərin inkişafında gənclərin rolunun artırılması" beynəlxalq layihəsi çərçivəsində Qazaxıstan Respublikasında səfərdədirlər. Oktyabrın 1-də Astanada “Azərbaycan Qazaxsıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin inkişafında gənclərin rolu” adlı konfrans öz işinə başlayır.

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Prezident İlham Əliyev: Bakı-Astara magistral yolunun açılışı tarixi layihədir, Azərbaycanın imkanını göstərir
18.09.2018
Prezident: Bir neçə gün əvvəl əsgərlərimiz düşmənə elə dərs veriblər ki, çətin ki yaxın günlərdə özünə gəlsin
18.09.2018
Bu il Azərbaycana 193 ölkədən 1,9 milyon əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib
18.09.2018
Ağsuda dini ayinlərin qanunazidd icrası faktı aşkarlanıb
18.09.2018
Aeroportda mülki pilotsuz aparatların uçuşlarına Vahid Nəzarət Mərkəzi yaradılır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info