“Qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar”
Tarix: 01.10.2014 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


“Qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmadan Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək olmaz”.
Bunu Bakıdakı mətbuat konfransında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov deyib.
Onun sözlərinə görə, münaqişənin nizamlanması ilə bağlı aparılan danışıqlarda ciddi dəyişikliklər baş verməyib: “Amma mən hiss edirəm ki, gələcək dəyişikliklər üçün ümid yaranmağa başlayıb. Rusiyanın bu məsələdə mövqeyi bəllidir. Moskva münaqişənin sülh yolu ilə həllini istəyib. Hər halda Ermənistanla Azərbaycan həmişə düşmən olmayıblar, müharibə etməyiblər. Regionda münbit siyasi və iqtisadi mühit yaratmaqla, dəyişikliklərə nail olmaq mümkündür”.
Politoloq hesab edir ki, ilk növbədə Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qaytarmalıdır: “Bölgədə demilitarizasiya aparılmalıdır, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar. Türkiyə və Azərbaycan Ermənistanın blokadasına son qoysa, iqtisadi münasibətlər formalaşsa və Qarabağda infrastrukturun bərpası üçün addımlar atılsa, münaqişənin sülh yolu ilə həllinə nail olmaq daha asan olar. Hər halda, hesab edirəm ki, Dağlıq Qarabağın statusunu vaxtilə orada yaşamış Azərbaycan icmasının iştirakı olmadan müəyyənləşdirmək yanlışdır”.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info