“Gənclər üçün Azərbaycan incəsənətinə dair ustad dərsləri” adlı layihə icra olunub
Tarix: 01.10.2014 | Saat: 19:39:00 | E-mail | Çapa göndər


“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər üçün Azərbaycan incəsənətinə dair ustad dərsləri” adlı layihə icra edir.
Layihənin məqsədi yeniyetmə və gənclərin Azərbaycan incəsənəti haqqında məlumat¬lılığının artırılması, incəsənətimizin təbliğinə, yetişməkdə olan nəslin vətənpərvərlik tər¬bi¬yəsinə töhfə verilməsi, yeni istedadlı yeniyetmə və gənclərin də aşkar olunmasına kömək etməkdir. Eyni zamanda layihənin vəzifəsi Azərbaycan incəsənət tarixinə dair peşəkarlar tərəfindən ustad dərslərinin apa¬rıl¬ması ilə gənclərdə lazımı biliklərin yaranması, yeniyetmə və gənclərin zəngin Azərbaycan mədəniy¬yəti haqqında maariflənməsi, istedadlı yaradıcı gənclərin üzə çıxarılmasıdır.
Layihə rəhbəri Nurəddin Mehdiyev qeyd edib ki, Azərbaycan çox qədim və özünəməxsus mədəniyyətə malik olan bir ölkədir. Təəssüf ki, zəngin mədəniyyətimizin yeniyetmə və gənclər arasında təbliği arzu olunan səviyyədə olmayıb. Aktuallıq kəsb edən məsələlərdən biri kimi, Azərbaycanda yeniyetmə və gənclər arasında tariximizin, mədəniyyətimizin, incəsənətimizin sadə dildə təbli¬ği¬ni nəzərdə tutan müxtəlif tədbirlərin həyata keçirilməsidir.
Layihə çərçivəsində Şəki şəhərində, Şamaxı rayonunda, Bakı şəhəri Nərimanov rayonunda hər birində 4 gün ərzində yeniyetmə və gənclərə Azərbaycan incəsənət tarixinə dair, rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ- tətbiqi sənət, metal işləmə, memarlıq sənətlərinə dair ustad dərsləri keçirilib. Ustad dərsləri əməkdar incəsənət xadimi sənətşünaslıq üzrə doktor Ziyadxan Əliyev tərəfindən apa¬rılıb, gənclərdə zəngin Azərbaycan mədəniy¬yəti haqqında lazımı biliklərin yaranmışdır. İstedadlı yaradıcı gənclərin üzə çıxarılması istiqamətində söhbətlər aparılıb, layihənin həyata keçirildiyi ərazilərdə istedadlar klubunun yaradılması qərara alınıb.
Bundan əlavə layihənin həyata keçirildiyi ərazilərdə olan mədəniyyət və incəsənət əsərləri ilə əyani tanışlıq olunub, nəşr məhsulları, paylama materialları paylanıb. Layihə iştirakçılarına şəhadətnamələr təqdim olunub.
Ümumiyyətlə, layihənin Şəki şəhəri, Şamaxı rayonunda və Bakı şəhərində keçirilməsi nəzərdə tutulub.

Tural




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Azərbaycan Amerikan Tibb Assosiasiyası Vaşinqtonda konfrans keçirib
26.05.2019
Erməni işğalı Şuşada xalçaçılıq ənənələrini məhv edib
25.05.2019
İspaniyanın Sevilya şəhərində ilk dəfə məscid inşa olunacaq
25.05.2019
Avropa Liqasının final oyunu ilə bağlı azarkeşlər üçün nəqliyyat pulsuz olacaq
25.05.2019
Region gənclərinin dövlət qulluğuna maraq və imkanları artırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info