Səfir “Financial Times“-a etiraz etdi: “Hər bir şeyi öz adı ilə adlandırmaq vacibdir”
Tarix: 01.10.2014 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan və ətrafındakı yeddi rayon ilə birlikdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan hissəsidir. Bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "Financial Times"-da dərc olunan Dağlıq Qarabağa dair qərəzli məqalə ilə bağlı sözügedən mətbuat orqanına yazdığı etiraz məktubunda bildirib.
Səfir məktubunda qeyd edib: “Mən Dağlıq Qarabağın "mübahisəli anklav" kimi göstərilməsindən narahatlığımı ifadə etmək üçün yazıram. Hər bir şeyi öz adı ilə adlandırmaq vacibdir. Dağlıq Qarabağ Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan və ətrafındakı yeddi rayon ilə birlikdə hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan hissəsidir. Dağlıq Qarabağda və işğal olunmuş ətraf rayonlarda tanınmamış separatçı rejim mövcuddur və bu, belə də adlandırılmalıdır. Bunu “mübahisəli anklav” adlandırmaq beynəlxalq legitimlik qazanmağa çalışan separatçı rejimə sərf edir”.
T.Tağızadə qeyd edib ki, bu, Azərbaycanın ərazi bütövlüyünün pozulması nəticəsində yaranıb və yüz minlərlə azərbaycanlının qovularaq etnik təmizlənməsinə səbəb olub.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info